main-post-cover

    Android 14-də yeni təhlükəsizlik funksiyası aşkar edilib

    Əməliyyat sistemləri
    19.10.2023
    Emil Nəcəfov
         İnsayderlər Android 14-də yeni funksiyanın aşkar etdiklərindən xəbər veriblər. Aşkar edilmiş yeni funksiya mobil cihazı xüsusi qorunan rejimə keçidini təmin edir. Çox güman ki, sözügedən funksiya smartfonun bu və ya digər səbəbdən servis mərkəzinə verilməsi halında faydalı olacaq. Əgər istifadəçi öz cihazındakı özəl məlumatlarının konfidensiallıqlarından narahatdırsa və əgər servis mərkəzi əməkdaşlarının həmin məlumatları əldə etmələrini istəmirsə, bu halda o, cihazını Repair mode adlı rejimə keçirə biləcək.
         Bu halda heç bir kənar şəxs smartfondakı tətbiqlərə daxil ola və cihazdakı hər hansısa məlumatı əldə edə bilməyəcək. Məlumata əsasən smartfonun Repair mode rejiminə keçidindən sonra mobil cihaz PIN kod, qrafik açar və ya hər hansısa digər üsul vasitəsilə avtorizasiyanı tələb edəcək. Bu məlumatlar hətta cihazın yenidən işə salınması halında da təhlükəsiz yerdə yerləşirlər. Repair mode rejimindən çıxmaq üçün istifadəçi sadəcə olaraq daha öncə sadalanmış avtorizasiya üsullarından birini istifadə etməli olacaq. Sözügedən yeni funksiyanın nə zaman istifadəyə veriləcəyi bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Google Chrome brauzerinin Android versiyasına yeni təhlükəsizlik funksiyaları əlavə edilib
    google-chrome-brauzerinin-android-versiyasina-yeni-tehlukesizlik-funksiyalari-elave-edilib
    Avropa komissiyası Google şirkətini 4.3 milyard avro dəyərində cərimələdi
    avropa-komissiyasi-google-sirketini-4-3-milyard-avro-deyerinde-cerimeledi