Logo
    main-post-cover

    Android telefonlarındakı fayllara Windows vasitəsilə simsiz şəkildə daxil olmaq mümkün olacaq!

    Proqram Təminatı
    30.10.2024
    Aslan

         Windows Latest-in hesabatına görə, Microsoft Android telefon fayllarına simsiz giriş imkanı yaradan funksiya hazırlayır. Bu funksiyayla kompüterdən Android fayllarına simsiz şəkildə giriş mümkün olacaq.

         Buna bənzər bir xüsusiyyəti Apple ekosistem istifadəçiləri uzun illərdir istifadə edir. Apple ekosistemində iPhone daim Mac ilə sinxronlaşdırılır. Eyni Wi-FiiCloud şəbəkəsinə qoşulmuş kompüter, telefonu idarə edə bilir. Windows-a gələcək yeniləmələrlə təqdim ediləcək bu xüsusiyyət isə Apple-dan fərqli olaraq Android telefonun bütün fayllarına giriş icazəsi verir. İstifadəçi, Android cihazını sanki bir kabel ilə kompüterə qoşmuş kimi fayllarını idarə edə biləcək. Bildirilir ki, Android telefonlara simsiz giriş təmin edən bu metod kabeldən daha sürətlidir. Testlərə görə simsiz şəkildə telefondan kompüterə fayl köçürmə sürəti saniyədə təxminən 1.2 GBPS (150 MB/san) olaraq ölçülüb.
         Hesabata görə, bu xüsusiyyət, 2025-ci ildən etibarən dəstəyi dayandırılacaq Windows 10-da da istifadə oluna biləcək. Bu xüsusiyyət əlçatan olduqda istifadə etmək üçün öncə istifadəçi, Windows 10 və ya Windows 11 kompüterində Microsoft Phone Link (Telefon Bağlantısı) tətbiqini həm Android telefonuna, həm də Windows kompüterinə yükləməli və telefon ilə kompüter arasında əlaqə qurmalıdır. Əgər Phone Link tətbiqi istifadəçinin kompüterində yoxdursa, tətbiqi Microsoft Store üzərindən asanlıqla yükləmək mümkündür. Daha sonra Android telefonunuzdan Phone Link tətbiqinə bütün giriş icazələrinin verildiyinə əmin olun. Telefon faylları avtomatik olaraq kompüterdə görsənəcək.
         Testlərdə görülən telefon isə M2004J19C model kodu ilə Xiaomi Redmi 9 modelidir. Xüsusiyyət hazırda təsadüfi istifadəyə açıldığı üçün hər kəs üçün nə zaman əlçatan olacağı məlum deyil. Lakin yuxarıda dediklərimizi etməklə vaxtı çatanda yalnız Phone Link tətbiqini yeniləyərək bu xüsusiyyətdən istifadə etməyə başlaya bilərsiniz.
    Paylaş