
Apple cihazlarına Google Gemini kimi digər süni zəka modelləri də inteqrasiya ediləcək
Proqram Təminatı
12.06.2024
Emil
Apple şirkətinin tərtibatçılar üçün nəzərdə tutulmuş WWDC 2024 konfransından öncə məlumatlar ortaya çıxmışdı ki, şirkət öz cihazlarına ChatGPT-nin inteqrasiyası mövzusunda OpenAI ilə danışıqlar aparır. Nəticədə bu məlumatlar öz təsdiqini tapdılar. Belə ki, OpenAI şirkətinin ChatGPT çat-botu Apple Intelligence ekosistemi çərçivəsində Apple cihazlarına inteqrasiya ediləcək. Lakin Apple şirkətinin sözlərinə əsasən onun cihazları təkcə ChatGPT ilə məhdudlaşmayacaqlar.
Bu halda şirkət öz cihazlarına Google Gemini kimi digər süni zəka modellərini də inteqrasiya edə bilər. Bu barədə məlumatı Apple şirkətinin baş vitse-prezidenti Craig Federighi təqdim edib. “Gələcəkdə biz, Google Gemini də daxil olmaqla digər süni zəka modellərinin inteqrasiyasını da gözləyirik” - deyə Craig qeyd edib. O hal-hazırda bu mövzu barəsində konkret anonsları etməyə hazır deyil. Lakin Craig bildirib ki, Apple məhz bu istiqamətdə çalışmağa davam edir.
Paylaş
Ən çox oxunanlar

NASA və Pentaqon SpaceX-in əvəzləyicisini axtarmağa başlayıblar
