main-post-cover

    Apple Intelligence funksiyalarından istifadə aylıq hansı qiymətə başa gələcək?

    Proqram Təminatı
    09.08.2024
    Emil Nəcəfov
         Apple şirkətinin iyun ayında baş tutmuş WWDC 2024 konfransı çərçivəsində təqdim etmiş olduğu Apple Intelligence adlı ekosistem hamının diqqətini cəlb etdi. Qeyd etmək lazımdır ki, bu özündə süni zəka funksiyalarını birləşdirən ekosistemdir. iPhone-lar üçün bu ekosistem iOS 18 çərçivəsində istifadəyə veriləcək. Son məlumat sızıntılarına əsasən Apple Intelligence ekosisteminin oktyabr ayında istifadəyə veriləcəyi gözlənilir. Qeyd etmək lazımdır ki, Apple Intelligence heç də həmişə pulsuz ola bilməz.
         Buna görə də artıq indidən onun aylıq qiyməti barəsində məlumatlar ortaya çıxmağa başlayıb. Analitiklərin fikirlərinə əsasən Apple sözügedən ekosistemdən istifadəyə görə istifadəçilərdən aylıq 20$ məbləğində ödəniş tələb edə bilər. Digər bir variant kimi isə Apple One abunəliyi çərçivəsində 20$-dan bir qədər az məbləğ ödəməklə Apple Intelligence-dən istifadə imkanını əldə etməkdir. Qeyd etmək lazımdır ki, Apple One abunəliyinin hal-hazırda aylıq qiyməti 19.95$ təşkil edir.
         Bu abunəlik özündə Apple şirkətinin müxtəlif servis və xidmətlərini birləşdirir. Onlardan birinə misal olaraq Apple Music servisini gətirmək olar. Süni zəka sahəsinə investisiyalar heç də kiçik deyillər. Məhz bu səbəbdən Apple bu xərclərini Apple Intelligence üçün abunəlik haqqı tələb etməklə aradan qaldıra bilər. Geridə qalmış rüb üzrə Apple şirkəti öz xidmət sahəsi sayəsində 24.2 milyard dollar gəlir əldə edib. Digər istehsalçıların öz proqram təminatı həllərinin monetizasiyası mövzusunda çətinliklərlə qarşılaşdıqları bir vaxtda Apple şirkəti bu sahədə özünü yaxşı hiss edir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Apple A18 Pro prosessorunun yeni Geekbench test nəticələri açıqlanıb
    apple-a18-pro-prosessorunun-yeni-geekbench-test-neticeleri-aciqlanib
    M4 prosessoru vasitəsilə çalışacaq MacBook Air barəsində məlumatlar verilib
    m4-prosessoru-vasitesile-calisacaq-macbook-air-baresinde-melumatlar-verilib
    Apple, yeni reklam çarxını silərək üzr istəyib!
    apple-yeni-reklam-carxini-silerek-uzr-isteyib
    iPhone 16 Pro və iPhone 16 Pro Max modellərinin batareya həcmləri açıqlanıb
    iphone-16-pro-ve-iphone-16-pro-max-modellerinin-batareya-hecmleri-aciqlanib
    Bütün iPhone 17 modelləri yeni ön kameranı əldə edəcəklər
    butun-iphone-17-modelleri-yeni-on-kamerani-elde-edecekler