main-post-cover

    Apple Intelligence üçün iPhone-da minimum hansı həcmdə daxili yaddaş istifadə ediləcək?

    Proqram Təminatı
    24.09.2024
    Emil Nəcəfov
         Apple şirkətinin bir müddət əvvəl istifadəyə vermiş olduğu iOS 18 özündə süni zəka funksiyalarından təşkil edilmiş Apple Intelligence ekosistemini birləşdirmir. Bu ekosistem yalnız iOS 18.1 çərçivəsində istifadəyə veriləcək. Lakin bununla belə istifadəçilər bütün süni zəka funksiyalarını deyil, yalnız bəzilərini əldə edəcəklər. Bütün süni zəka funksiyalarının gələn il istifadəyə veriləcəyi gözlənilir. Apple Intelligence imkanlarından istifadə etmək üçün istifadəçilərə iPhone-dakı daxili yaddaşın müəyyən həcmi lazım gələcək.
          Nəticədə gələcəkdə nə qədər çox süni zəka funksiyası istifadəyə verilsə, bir o qədər çox həcmdə daxili yaddaşa ehtiyac duyulacaq. Məlum olub ki,  ilkin mərhələdə Apple Intelligence ekosistemi üçün iPhone istifadəçilərinə 4 GB həcmində daxili yaddaş lazım olacaq. iOS 18.1-in son beta versiyasının özündə birləşdirdiyi dokumentasiyaya əsasən Apple Intelligence ekosistemi istifadəyə veriləcəyi zaman iPhone 15 Pro, iPhone 15 Pro Max modellərində, iPhone 16 smartfonlarında, M1 və ondan sonra təqdim edilmiş prosessorlar vasitəsilə çalışan iPad planşetləri ilə Mac kompüterlərində aktiv olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    iPhone 16-dakı Camera Control düyməsinin əvəzlənməsi üçün smartfonun bütün gövdəsini əvəzləmək lazım gələcək
    iphone-16-daki-camera-control-duymesinin-evezlenmesi-ucun-smartfonun-butun-govdesini-evezlemek-lazim-gelecek
    iPhone 17 Pro modelləri ekranın alt hissəsinə yerləşdirilmiş Face ID-ni əldə etməyəcəklər
    iphone-17-pro-modelleri-ekranin-alt-hissesine-yerlesdirilmis-face-id-ni-elde-etmeyecekler
    iPhone 17 və iPhone 17 Air modellərinin vacib ekran özəllikləri açıqlanıb
    iphone-17-ve-iphone-17-air-modellerinin-vacib-ekran-ozellikleri-aciqlanib
    iPhone 18 Pro smartfonları yeni nəsil prosessor vasitəsilə çalışacaqlar
    iphone-18-pro-smartfonlari-yeni-nesil-prosessor-vasitesile-calisacaqlar
    iPhone 16 smartfonlarının batareya həcmləri məlum olub
    iphone-16-smartfonlarinin-batareya-hecmleri-melum-olub