
Apple iOS-də kənar tətbiq mağazalarının olacağını təsdiqlədi
Proqram Təminatı
26.01.2024
Emil
Avropa Birliyinin yeni antimonopoliya normaları səbəbilə Apple şirkəti özünün App Store platformasına bəzi vacib dəyişiklikləri əlavə edib. Onlardan ən əsası isə kənar tətbiq mağazalarından istifadə qadağasının aradan qaldırılması olub. Bu yenilik artıq iOS 17.4-ün beta versiyası çərçivəsində reallaşdırılıb. Apple rəsmi şəkildə bunu təsdiqləyib. Qeyd etmək lazımdır ki, sözügedən qadağa yalnız Avropa Birliyinə daxil olan ölkələrdəki iPhone və iPad istifadəçilərinə şamil olunacaq. Apple bildirib ki, o, kənar tətbiq mağazalarında öz tətbiqlərini yerləşdirən tərtibatçılardan App Store-dakı komissiyanı tələb etməyəcək.
Lakin kənar tətbiq mağazasında təqdim olunan hər hansısa tətbiqin yüklənmə sayı 1 milyonu keçsə, tərtibatçı tətbiqin hər smartfona quraşdırılmasına görə Apple şirkətinə 0.05 avro ödəməli olacaq. Üstəlik kənar tətbiq mağazaları Apple şirkətinin yoxlanışından keçəcəklər. Bununla yanaşı bütün tətbiq mağazalarında hər hansısa tətbiqin yalnız bir versiyası olmalıdır. Həmçinin Avropa Birliyi çərçivəsində tərtibatçılar öz tətbiqləri daxilində Apple Pay-dən əlavə kənar ödəniş sistemlərinin imkanlarını da reallaşdıra bilərlər. Bütün bu yeniliklər mart ayında istifadəyə veriləcək iOS 17.4 və iPadOS 17.4 əməliyyat sistemlərində aktivləşdiriləcək. Bu yeniliklər Avropa Birliyindən kənarda qalan regionlar üçün nəzərdə tutulmayıb.
Paylaş
Ən çox oxunanlar

iPhone 17 Pro-nun ən kefiyyətli fotoları təqdim edilib
