Logo
    main-post-cover

    Avropa Birliyi, Apple-dan iOS-i daha açıq sistem halına salmağı tələb edir

    Proqram Təminatı
    19.12.2024
    Emil
         Avropa Birliyi öz regionu üzrə Apple şirkətini iPhone-larda kənar tətbiq mağazalarından istifadəyə icazənin verilməsinə və NFC texnologiyasının kənar ödəniş servisləri üçün aktivləşdirilməsinə məcbur edib. Lakin Avropa Birliyi bununla yetinmək niyyətində deyil. Belə ki, Bloomberg saytının vermiş olduğu məlumata əsasən indi də Avropa Birliyi, Apple-dan iOS-in kənar tətbiqlərlə effektiv uyğunlaşmasını tələb edir.
        Təqdim edilmiş sənədə əsasən kənar iOS tərtibatçıları lazımi iPhone funksiyalarından istifadə sorğularının necə göndərilməsi mövzusunda daha ətraflı məlumatları təqdim etməlidirlər. Təqdim edilmiş sənəddə Apple şirkətinin bütün kənar iOS tərtibatçıları üçün təqdim etməli olduğu bəzi funksiyaların siyahısı qeyd edilib. Siyahıda qeyd edilmiş funksiyalar hal-hazırda yalnız Apple tətbiqləri üçün aktivdir. Siyahı aşağıdakı kimidir.
    - Fon rejimdə çalışma
    - Məlumatların AirDrop üzərindən göndərilməsi
    - Bildirişlərə prioritetli giriş imkanı
    - AirPlay üzərindən media faylların yayımı
    - Wi-Fi şəbəkəsinə avtomatik qoşulma.
         Bundan əlavə olaraq qeyd edilib ki, şirkət iPhone smartfonlarının kənar smart saat və digər aksesuar istehsalçılarının məhsullarına qoşulmaləri prosesini sadələşdirməlidir. Apple ənənəyə sadiq qalaraq bu funksiyaların istifadəçi konfidensiallığına zərər yetirəcəklərini qeyd edərək onları sərt şəkildə tənqid edib.
     
    Paylaş