Logo
    main-post-cover

    Bu il Windows 10-da ofis tətbiqlərinin dəstəkləri dayandırılacaq

         Microsoft şirkəti Windows 10-un dəstəyini sistemli şəkildə yekunlaşdırmağa hədəflənib və artıq indidən istifadəçiləri Windows 11-ə keçməyə çağırır. Şirkət bildirib ki, bu ilin ikinci yarısında Windows 10-da ofis işləri üçün nəzərdə tutulmuş tətbiqlərin dəstəyi dayandırılacaq. Məlumatda qeyd edilib ki, bu ilin 14 oktyabr tarixindən başlayaraq Windows 10-da Word, Excel, PowerPoint Outlook kimi tətbiqlərin dəstəkləri dayandırılacaq. 14 oktyabr tarixindən başlayaraq bu tətbiqlər yenilənmələri yalnız Windows 11 tərkibində əldə edəcəklər. Sözügedən tətbiqlər hətta 14 oktyabr tarixindən sonra da Windows 10-da çalışmağa davam edəcəklər. Lakin Microsoft həmin tarixdən sonra bu tətbiqlərin çalışmalarında müəyyən texniki problemlərin olmayacaqlarına zəmanət vermir.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Bu il Windows 10-da ofis tətbiqlərinin dəstəkləri dayandırılacaq | Technote