GitHub Copilot Chat çat-botunu hamı üçün istifadəyə verib
Proqram Təminatı
30.12.2023
Emil Nəcəfov
Məşhur GitHub platforması süni zəka əsasında çalışan Copilot Chat adlı servisi bütün istifadəçiləri üçün təqdim edib. Daha öncə sözügedən servis beta mərhələsində platformanın korporativ istifadəçiləri üçün aktiv idi. Bundan sonra isə bütün GitHub istifadəçiləri Copilot Chat servisini IDE Visual Studio Code və Visual Studio-da istifadə edə bilərlər. Bu servis proqram təminatının hazırlanması mövzusunda təbii dildə sualların verilməsi üçün nəzərdə tutulub. Servis öz növbəsində verilən suallara real zaman ərzində cavab verir. Copilot Chat OpenAI şirkətinin GPT-4 sistemi əsasında qurulub. Mütəxəssislər istifadəçilərə süni zəka tərəfindən tərtib edilən proqram təminatı kodlarını hər ehtimala qarşı yoxlamağı məsləhət görürlər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
CERN-də kainatın yaranması ilə bağlı yeni böyük bir kəşf edilib!