
Google Gemini videoları analiz etməyi öyrənib
Proqram Təminatı
18.06.2025
Emil
Gemini 2.5 Pro və Gemini 2.5 Flash süni zəka modellərinin stabil versiyalarının istifadəyə verilməsi ilə yanaşı, Google tərtibatçıları mobil tətbiqdəki Gemini çat-botuna video yükləmə və analiz etmə funksiyası əlavə ediblər. Artıq istifadəçilər sənəd və şəkil yükləməyə əlavə olaraq, tətbiqdə sorğu daxilində öz video fayllarını da əlavə edə bilərlər. Gemini süni zəka çat-botu həmin videonu təhlil edəcək və istifadəçilərə video haqqında suallar verməyə imkan yaradacaq. Bundan əvvəl istifadəçilər yalnız YouTube platformasındakı videolar haqqında, onlara keçid göndərərək sual verə bilirdilər.

Təqdim edilmiş nümunələrdə çat-bot, məsələn, Google Nest Hub ağıllı ekranında göstərilən vaxt barədə verilmiş suala cavab verir və istifadəçi tərəfindən yüklənmiş videonun təsvirini təqdim edir. Faylı yükləmək üçün menyudan Gallery və ya Files bölməsini seçmək lazımdır. “Əgər bu funksiya hesabınız üçün aktivdirsə, siz video seçə bilərsiniz. Əks halda fayl boz rəngdə görünəcək və yüklənməyəcək. Gemini-də video yükləmə funksiyası hələ geniş yayılmayıb. Buna baxmayaraq, bu imkan həm Android (Google tətbiqi 16.23 beta versiyası), həm də iOS üçün, eləcə də 2.5 Flash və 2.5 Pro modellərində həm ödənişsiz, həm də ödənişli hesablar üçün əlçatan görünür. Eyni zamanda, bu funksiya hələ ki, veb-tətbiqdə əlçatan deyil - videonu çat-botun təklif sahəsinə yükləməyə cəhd edərkən “Fayl növü dəstəklənmir” mesajı göstərilir.
Paylaş
Ən çox oxunanlar

HUAWEI WATCH 5-ZAMANI AŞAN DİZAYN VƏ PREMİUM KEYFİYYƏT ESTETİK GÖRÜNÜŞ VƏ DÖZÜMLÜ KORPUS
