
iOS 26 istifadəçiləri zənglər və mesajlardakı spamlardan qoruyacaq
Proqram Təminatı
11.06.2025
Emil
iOS 26-nın çıxışı arzuolunmaz zənglərə və mesajlara qarşı mübarizədə dönüş nöqtəsi ola bilər. Phone və Messages tətbiqlərinin yeni versiyalarında spam-ı avtomatik şəkildə müəyyən edib bloklamağa imkan verən güclü funksiyalar əlavə olunacaq. Həmçinin istifadəçilər kimin onlarla əlaqə saxlaya biləcəyinə dair daha çox nəzarət imkanına sahib olacaqlar. iOS 26-da vizual dəyişikliklər, məsələn, Liquid Glass dizaynı və digər təkmilləşdirmələrlə yanaşı, spam bloklamaq üçün yeni funksiyalar da təqdim ediləcək.

Apple-ın saytında verilmiş məlumata görə, arzuolunmaz zəngləri və SMS-ləri filtrləmək üçün yeni alətlər istifadəyə veriləcək. Call Screening funksiyası naməlum nömrələrdən gələn zənglərə avtomatik cavab verərək abonentdən adını və zəngin məqsədini soruşacaq. Daha sonra istifadəçi həmin zəngə cavab verib-verməmək barədə qərar verə biləcək. Digər bir alət Screen New Senders adlanır və o, şübhəli nömrələri kontakt siyahısına və ya zəng tarixçəsinə düşməzdən əvvəl yoxlamağa imkan verəcək.
iOS 26-da həmçinin Hold Assist adlı yeni funksiya da olacaq. Bu funksiya istifadəçi müştəri xidmətinə zəng etdikdə növbədə yer saxlayacaq və operator azad olduqda xəbər verəcək. Apple bildirib ki, bu yeniliklərin əsas məqsədi istifadəçilərin gündəlik qarşılaşdıqları spam həcmini azaltmaqdır. Əgər funksiyalar nəzərdə tutulduğu kimi işləsə, iOS 26 ən böyük yeniləmələrdən biri ola bilər. Yeni əməliyyat sisteminin 2025-ci ilin payızında təqdim olunacağı gözlənilir.
Paylaş
Ən çox oxunanlar

iOS 26 və iPadOS 26-nı əldə edəcək Apple cihazlarının siyahısı açıqlanıb
