Logo
    main-post-cover

    iOS 26 və iPadOS 26-nı əldə edəcək Apple cihazlarının siyahısı açıqlanıb

         Apple şirkəti iOS 26 iPadOS 26 əməliyyat sistemlərinə kimi hansı iPhone iPad modellərinin yenilənəcəyini rəsmi şəkildə açıqlayıb. Beləliklə, yeni əməliyyat sistemi 3 iPhone modelinə təqdim olunmayacaq. iPhone XS, iPhone XS Max iPhone XR bu yeniləməni əldə etməyəcək. iOS 26 yeniləməsini alacaq iPhone modelləri:
    - iPhone 16e
    - iPhone 16 16 Plus
    - iPhone 16 Pro 16 Pro Max
    - iPhone 1515 Plus
    - iPhone 15 Pro15 Pro Max
    - iPhone 14 14 Plus
    - iPhone 14 Pro14 Pro Max
    - iPhone 1313 mini
    - iPhone 13 Pro13 Pro Max
    - iPhone 1212 mini
    - iPhone 12 Pro12 Pro Max
    - iPhone 11
    - iPhone 11 Pro 11 Pro Max
    - iPhone SE (2-ci nəsil və daha yeniləri).
         9to5Mac portalının qeyd etdiyinə görə, texniki baxımdan iOS 26 ilə uyğun olan bütün iPhone modelləri sistemin bütün funksiyalarını dəstəkləməyəcək. iOS 18-də olduğu kimi, Apple Intelligence süni zəka funksiyaları yalnız ən yeni modellər üçün eksklüziv olmuşdu. iOS 26-da da Apple Intelligence funksiyaları yalnız aşağıdakı modellərdə aktiv olacaq:
    - iPhone 15 Pro
    - iPhone 15 Pro Max
    - Bütün iPhone 16 modelləri
         iOS 26-nın beta versiyası tərtibatçılar üçün bu artıq təqdim olunub, ümumi istifadəçilər üçün rəsmi versiya isə payızda istifadəyə veriləcək. Yeni iPadOS 26 əməliyyat sistemini əldə edəcək iPad modelləri aşağıdakılardır:
    - M4 çipli iPad Pro
    - 12.9 düymlük iPad Pro (3-cü nəsil və daha yeniləri)
    - 11 düymlük iPad Pro
    - M2 və daha yeni çipli iPad Air
    - iPad Air (3-cü nəsil və daha yeniləri)
    - A16 çipli iPad
    - iPad (8-ci nəsil və daha yeniləri)
    - A17 Pro çipli iPad mini
    - iPad mini (5-ci nəsil və daha yeniləri).
    Paylaş