main-post-cover

    iPadOS 18 təqdim olunub: Yeniliklər nələrdir?

    Proqram Təminatı
    11.06.2024
    Emil Nəcəfov
         Apple şirkəti WWDC 2024 konfransı çərçivəsində iOS 18 ilə yanaşı həmçinin iPadOS 18 əməliyyat sistemini də təqdim edib. İstifadəçilərin yeni əməliyyat sistemində çoxdan gözlənilən iPadOS və macOS sinxronlaşdırılması baş verməsə də iPadOS 18-də bəzi maraqlı yeniliklər reallaşdırılıb. Beləliklə iOS 18-də olduğu kimi iPadOS 18-də də tətbiq ikonları ilə vidjetlərin ekranda istənilən yerdə yerləşdirilməsi və tətbiq ikonlarının rənglərinin dəyişdirilməsi imkanları istifadəyə verilib. iPadOS 18-də də idarəetmə mərkəzi (control center) iOS 18-dəki kimi dəyişikliklərə məruz qalıb və kənar tətbiqlərin funksiyalarının dəstəklərini əldə edib.
         iPadOS 18-də reallaşdırılmış əsas yeniliklərdən biri də distant giriş funksiyasıdır. Məsələn əgər istifadəçinin hər hansısa tanışı dünyanın digər nöqtəsində yerləşirsə və iPad-də hansısa tapşırığın yerinə yetirilməsi üçün onun yardımına ehtiyac duyulursa, o, distant giriş funksiyası vasitəsilə istifadəçiyə qoşula biləcək. iPadOS 18-ə istifadəçilərin uzun illər ərzində gözlədikləri tətbiq əlavə edilib. Söhbət, kalkulyator tətbiqindən gedir. iPad planşetləri üçün nəzərdə tutulmuş kalkulyator tətbiqi tamamilə böyük ekranlar üçün optimizasiya edilib.
         Digər bir yeni funksiya isə Math Note adlanır. Belə ki, istifadəçi planşet ekranında Apple Pencil stilusu vasitəsilə hər hansısa riyazi hesablama tapşırığını yazandan sonra sistem bu funksiya çərçivəsində riyazi hesablama tapşırığını cavablandıracaq. Math Note həmçinin qrafiklər çəkə və fizika üzrə tapşırıqları yerinə yetirə bilir. iPadOS 18-in nəzərdə tutulmuş bəzi sistem tətbiqlərinin dizaynlarında dəyişiklik baş verib. Bu, həmin tətbiqlərdə daha çox məlumatın əks olunması məqsədilə edilib. iPadOS 18-in beta versiyası gələn ay istifadəyə veriləcək. Onun stabil versiyası isə bu ilin ikinci yarısında istifadəyə verilməlidir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Elon Musk, Apple-ın süni intellektinə qarşı sərt reaksiya bildirib!
    elon-musk-apple-in-suni-intellektine-qarsi-sert-reaksiya-bildirib
    Süni zəka funksiyalarından təşkil edilmiş Apple Intelligence ekosistemi təqdim edilib
    suni-zeka-funksiyalarindan-teskil-edilmis-apple-intelligence-ekosistemi-teqdim-edilib
    iOS 18 təqdim edilib: Nə kimi yeniliklər var?
    ios-18-teqdim-edilib-ne-kimi-yenilikler-var
    iPhone 16-nın batareyası qeyri-adi qorunmaya sahib olacaq
    iphone-16-nin-batareyasi-qeyri-adi-qorunmaya-sahib-olacaq
    iOS 18-də şifrələrin idarəsi tətbiqi istifadəyə veriləcək
    ios-18-de-sifrelerin-idaresi-tetbiqi-istifadeye-verilecek