Logo
    main-post-cover

    Məşhur çat-botlardan hansıları daha çox konfidensial məlumat yığır?

    Proqram Təminatı
    14.03.2025
    Emil
         Çin mənşəli süni zəka modelləri, məsələn, DeepSeek ətrafında artan narahatlıqlara baxmayaraq, yeni bir araşdırma göstərir ki, bu qorxular bəlkə də şişirdilmişdir - ən azından məxfilik baxımından. Əslində, bəzi məşhur ABŞ mənşəli süni zəka çat-botları daha çox şəxsi məlumat toplaya bilər. DeepSeek yanvar ayında açıq mənbəli koda sahib flaqman süni zəka modelini təqdim edəndə, ABŞ texnologiya sektoru güclü reaksiya verdi. Bəzi mütəxəssislər bu hadisəni "süni zəkanın gündəlik həyatın bir hissəsinə çevrildiyi an" kimi qiymətləndirdi. 2 gün ərzində 12 milyon insan bu süni zəka çat-botunu yüklədi.
         Bunun ardınca məxfilik və təhlükəsizliklə bağlı çoxsaylı problemlər yarandı. Nəticədə, ABŞ və bir sıra digər ölkələrdə həm dövlət, həm də özəl təşkilatlar DeepSeek-in istifadəsini qadağan etdi. Ancaq əsas məqam budur: Bütün bu səs-küyə baxmayaraq, DeepSeek məxfilik qaydalarını ən çox pozan süni zəka tətbiqi deyil. Surfshark VPN provayderinin son məlumatlarına görə, Google Gemini ən çox məlumat toplayan süni zəka tətbiqidir. Tədqiqatçılar Apple App Store-da ən məşhur çat-botların məxfilik siyasətini araşdırıblar. Analiz olunan tətbiqlər bunlardır: ChatGPT, Gemini, Copilot, Perplexity, DeepSeek, Grok, Jasper, Poe, Claude Pi. Araşdırmada aşağıdakı amillər müqayisə edilib:
    - Hər bir tətbiqin hansı növ məlumatları topladığı
    - İstifadəçilərlə bağlı hansı fərdi məlumatların yığıldığı
    - Tətbiqin üçüncü tərəf reklamverənlərlə əməkdaşlıq edib-etmədiyi.
         Araşdırma nəticəsində tədqiqatçılar belə qənaətə gəliblər ki, Google Gemini digər çat-botlarla müqayisədə daha çox fərdi məlumat toplayır. Gemini, istifadəçilərlə bağlı 35 məlumat növündən 22-ni, o cümlədən həssas məlumatları toplayır. Bu məlumatlara yer məlumatları, istifadəçi məzmunu, cihazın kontakt siyahısı və baxılmış veb səhifələrin tarixi daxildir. Nəticədə, Gemini bu sahədə araşdırmaya daxil edilən digər məşhur çat-botları xeyli üstələyir. Əsas məqamlar:
    - Cəmi 3 tətbiq - Gemini, Copilot və Perplexity - istifadəçilərin dəqiq yerini izləyir.
    - Çat-botların 30%-i, o cümlədən bəzi data brokerləri, istifadəçilər haqqında məxfi məlumatları üçüncü tərəflərə ötürür.
    - Bu məlumatlar arasında istifadəçi lokasiyası və baxış tarixçəsi də var.
         Bundan əlavə araşdırmaya daxil edilən çat-botların 30%-i istifadəçilər haqqında məlumat toplayır. Copilot, Poe və Jasper istifadəçi məlumatlarını öz kommersiya məqsədləri üçün istifadə edir. Bu o deməkdir ki, tətbiq vasitəsilə toplanan məlumatlar digər mənbələrlə əlaqələndirilərək fərdi reklam və ya reklam kampaniyalarının analizi üçün istifadə oluna bilər. Bundan əlavə Copilot və Poe cihaz identifikatorlarını da toplayır. Jasper isə istifadəçi ilə məhsul arasındakı qarşılıqlı əlaqə, reklam məlumatları və tətbiqdəki bütün fəaliyyətlər barədə məlumatları qeyd edir.
         Təhlilə görə, mübahisəli DeepSeek R1 modeli orta səviyyədə qərarlaşır - nə ən yaxşı, nə də ən pisdir. DeepSeek R1 ümumilikdə 11 unikal məlumat növü toplayır. Əsasən kontakt məlumatları, istifadəçi məzmunu və diaqnostik məlumatları qeydə alır. Digər tərəfdən, ChatGPT isə 10 unikal məlumat növü toplayır. Bura kontakt məlumatları, istifadəçi məzmunu, identifikatorlar, istifadəçi fəaliyyəti və diaqnostik məlumatlar daxildir. Əhəmiyyətli məqam: ChatGPT istifadəçilərin söhbət tarixçəsini də qeyd edir. Lakin istifadəçilər istəyərsə, müvəqqəti çat funksiyasından istifadə edərək bu qeydiyyatdan yayına bilərlər.
         Eyni zamanda, DeepSeek-in məxfilik siyasətində qeyd olunur ki, istifadəçilər söhbət tarixçəsini idarə edə və onu ayarlarda silə bilərlər. DeepSeek-ə məxfilik qaydalarının pozulması ilə bağlı müxtəlif səbəblərdən şikayətlər daxil olub. Əsas narahatlıq odur ki, ABŞ ictimaiyyəti izlənmə, kibermüharibələr və milli təhlükəsizliklə bağlı digər risklərə daha çox məruz qala bilər. DeepSeek-in məxfilik siyasətində açıq şəkildə yazılıb. "Topladığımız şəxsi məlumatlar sizin yaşadığınız ölkədən kənarda yerləşən serverdə saxlanıla bilər. Biz toplanmış məlumatları Çin Xalq Respublikasında yerləşən təhlükəsiz serverlərdə saxlayırıq".
    Mənbə: ZDnet
    Paylaş
    Bənzər xəbərlər
    google-suni-zeka-teliminde-muellif-huquqlarinin-inkar-edilmesi-ideyasini-destekleyib
    Süni İntellekt

    Google süni zəka təlimində müəllif hüquqlarının inkar edilməsi ideyasını dəstəkləyib

    Google, OpenAI-dən sonra, Donald Trump administrasiyasının süni zəka sahəsində milli "Fəaliyyət Planı" hazırlamaq çağırışına cavab olaraq öz təkliflərini açıqlayıb. Şirkət süni zəkanın təlim prosesində müəllif hüquqlarına dair qaydaların yumşaldılmasını dəstəkləyib.
    deepseek-ucun-arasdirma-aparmaq-gelir-elde-etmekden-daha-vacib-olub
    Süni İntellekt

    DeepSeek üçün araşdırma aparmaq gəlir əldə etməkdən daha vacib olub

    Çinin süni intellekt sahəsində fəaliyyət göstərən DeepSeek startapı gəlir əldə etməkdən daha çox elmi tədqiqatlara diqqət yetirir. Şirkətin qurucusu, milyarder Liang Wenfeng, Silikon Vadisindəki rəqiblərin strategiyasını izləmək əvəzinə, fərqli bir yanaşma seçib.
    google-gemini-istifadecinin-axtaris-tarixcesini-elde-edecek-deep-research-ise-pulsuz-olacaq
    Proqram Təminatı

    Google Gemini istifadəçinin axtarış tarixçəsini əldə edəcək, Deep Research isə pulsuz olacaq

    Google Gemini 2.0 yeniləməsi çərçivəsində süni zəka sistemində bir neçə əsas funksiyanı təkmilləşdirib. Deep Research alətinin imkanları genişləndirilib.
    openai-suni-zeka-teliminde-muellif-huquqlarini-inkar-etmeyi-teklif-edib
    Süni İntellekt

    OpenAI süni zəka təlimində müəllif hüquqlarını inkar etməyi təklif edib

    OpenAI, Donald Trump administrasiyasına müraciət edərək süni zəkanın müəllif hüquqları ilə qorunan materiallar üzərində təlim keçməsinin "ədalətli istifadə" kimi tanınmasını tələb edib.
    suni-zeka-esasli-copilot-for-gaming-xidmeti-anons-edilib
    Proqram Təminatı

    Süni zəka əsaslı Copilot for Gaming xidməti anons edilib

    Microsoft süni zəka əsaslı Copilot for Gaming xidmətini istifadəyə verməyə hazırlaşır. Bu sistem oyunların yüklənməsi və işə salınması zamanı köməkçi funksiyasını yerinə yetirəcək, həmçinin oyun prosesində oyunçuları müşayiət edəcək.