Logo
    main-post-cover

    Meta tərəfindən CapCut analoqu Edits istifadəyə verilib

    Proqram Təminatı
    23.04.2025
    Emil
         Meta şirkəti CapCut-a bənzər video yaradıcı tətbiqi olan Edits-in istifadəyə verildiyini rəsmi şəkildə elan edib. Qlobal şəkildə təqdim olunmuiş Edits tətbiqi yaradıcıların video ideyalarını izləməsinə, yeni məzmun üçün ilham almasına, effektlər və süni zəka alətləri ilə videolar yaratmasına imkan verəcək. Tətbiq həm iOS, həm də Android platformalarında mövcuddur. Tətbiqin bütün funksiyaları ilkin mərhələdə tamamilə pulsuz olacaq. Lakin bu ayın əvvəlində Instagram rəhbəri Adam Mosseri bildirmişdi ki, Edits-in gələcək versiyalarında ödənişli funksiyalar da ola bilər.
         Şirkət Edits üzərində çalışdığını ilk dəfə yanvar ayında açıqlamışdı. Həmin vaxt ByteDance şirkətinə məxsus CapCut TikTok-un müvəqqəti qadağası ilə əlaqədar ABŞ tətbiq mağazalarından çıxarılmışdı. Hərçənd ki, CapCut sonradan yenidən onlayn istifadəyə verildi və onu yükləmək mümkündür, TikTok-un ABŞ-dakı gələcəyi hələ də qeyri-müəyyəndir. Meta isə CapCut-un mümkün yoxluğu fonunda fürsətdən istifadə etməyə hazırlaşır. Yeni tətbiqin istifadəyə verilməsi Meta və Instagram-a bütün növ yaradıcıları qısa formatlı məzmun üçün CapCut əvəzinə Edits-dən istifadə etməyə təşviq etmək imkanı verir.
         Elan postunda Instagram qeyd edir ki, Edits yaradıcıların təkcə Instagram və ya Facebook üçün deyil, həm də “istənilən platforma” üçün video hazırlamasına kömək etmək məqsədilə hazırlanıb. Bu ifadə böyük ehtimalla TikTok və YouTube Shorts kimi rəqiblərə işarədir. Qeyd etmək lazımdır ki, Edits ilə CapCut arasında əsas fərqlərdən biri odur ki, Edits videoları su nişanı (watermark) olmadan ixrac etməyə imkan verir. Müqayisə üçün, CapCut-da videonu su nişanı olmadan ixrac etmək üçün CapCut Pro versiyasını almaq lazımdır. Tətbiqin funksiyalarına gəlincə, Ideas funksiyası sizə yeni videolar üçün fikirləri qeyd etməyə imkan verir, Projects funksiyası isə müxtəlif işlərinizi bir yerdə təşkil etməyə və idarə etməyə kömək edir.
         Inspirations funksiyası ilə siz trenddə olan səslərə baxa və tapdığınız audio ilə video yarada bilərsiniz. Edits tətbiqinin Green screen funksiyası videolarınızın fonunu dəyişməyə imkan verir. Həmçinin Timeline funksiyası klipləri düzəltmək və sıralamaq üçün istifadə olunur. Videolarınıza Instagram-ın musiqi kitabxanasından musiqi əlavə etməklə yanaşı, avtomatik altyazılar da əlavə edə bilərsiniz. Bundan əlavə, tətbiqin Animate funksiyası sayəsində süni zəka ilə statik şəkilləri videoya çevirmək mümkündür. Cutouts funksiyası isə müəyyən obyektləri dəqiq izləmə ilə seçib ayırmağa imkan verir.
         Videonuz hazır olduqda onu birbaşa tətbiqdən Instagram və ya Facebook-da paylaşa bilərsiniz. İstəsəniz, videonu digər platformalarda paylaşmaq üçün də ixrac edə bilərsiniz. Edits həmçinin analitik məlumatları da təqdim edir. Meta gələcəkdə Edits tətbiqinə əlavə olunacaq bir neçə yeni funksiyanı anons edib. Bunlara videoların “görünüş və hissini” dəyişmək üçün süni zəkadan istifadə imkanı verən Modify aləti daxildir. Bundan əlavə, Keyframes funksiyası istifadəçilərə videonun müəyyən anlarında kliplərin mövqeyini, fırlanmasını və ölçüsünü dəyişməyə imkan verəcək. Meta gələcəkdə daha çox şrift, mətn animasiyası, keçid effektləri, səs effektləri, filtrlər və musiqi seçimləri təqdim etməyi də planlaşdırır.
    Mənbə: Techcrunch
    Paylaş
    Bənzər xəbərlər
    instagram-da-yeniyetmelerin-hesablari-suni-zeka-vasitesile-teyin-edilecek
    Sosial Media

    Instagram-da yeniyetmələrin hesabları süni zəka vasitəsilə təyin ediləcək

    Meta Instagram-da yeniyetmələrin hesablarını süni zəka vasitəsilə daha sərt şəkildə nəzarətdə saxlayacaq. Məlumata əsasən bəzi hallarda sosial şəbəkə yetkinlik yaşına çatmamış istifadəçiləri müəyyən etmək üçün avtomatik olaraq hesab ayarlarını dəyişəcək - əgər istifadəçinin yaşını olduğundan böyük göstərdiyindən şübhələnərsə.
    mark-zuckerberg-mehke
    Tech-Biznes

    Mark Zuckerberg məhkədə TikTok-u Meta-nın inkişafını ləngitməkdə günahlandırıb

    Federal Ticarət Komissiyasının (FTC) iddiası üzrə aparılan antiinhisar məhkəmə araşdırması zamanı Meta-nın baş direktoru Mark Zuckerberg bildirib ki, TikTok-un uğuru Meta-nın biznesi üçün artan risklərin mənbəyi olub.
    meta-facebook-whatsapp-ve-threads-de-apple-intelligence-imkanlarini-deaktiv-edib
    Proqram Təminatı

    Meta Facebook, WhatsApp və Threads-də Apple Intelligence imkanlarını deaktiv edib

    Apple Intelligence, iOS 18 ilə birlikdə təqdim olunduqdan sonra 2024-cü ilin oktyabr ayından etibarən istifadəçilər üçün əlçatan olub. Bu alətlər, xüsusilə də Writing Tools, süni zəka vasitəsilə mətn yaratmağa, redaktə etməyə və düzəliş etməyə imkan verir.
    meta-imessage-in-instagram-ve-facebook-messenger-den-meshur-oldugunu-dusunur
    Sosial Media

    Meta iMessage-in Instagram və Facebook Messenger-dən məşhur olduğunu düşünür

    Meta artıq bir neçə ildir ki, antiinhisar iddiası ilə üzləşir və 2021-ci ilin iyun ayında Federal Məhkəmə Hakimi işi rədd etsə də, ABŞ Federal Ticarət Komissiyası (FTC) 2022-ci ildə daha təkmilləşdirilmiş bir şikayət təqdim etmişdi.
    mark-zuckerberg-instagram-in-ayrica-sirkete-cevrileceyini-istisna-etmir
    Tech-Biznes

    Mark Zuckerberg, Instagram-ın ayrıca şirkətə çevriləcəyini istisna etmir

    Mark Zuckerberg, Instagram-ın müstəqil bir şirkətə çevrilməsini istisna etmir. O bu ideyanı ABŞ Federal Ticarət Komissiyası (FTC) Instagram və WhatsApp-ın alınması ilə bağlı antiinhisar araşdırmasına başlamazdan 1 il əvvəl təklif etmişdi.