Logo
    Microsoft Copilot-un ödənişli versiyasını istifadəyə verib

    Microsoft Copilot-un ödənişli versiyasını istifadəyə verib

         Microsoft şirkəti özünün Copilot adlı süni zəka köməkçisinin ödənişli versiyasını istifadəyə verib. Copilot-un ödənişli versiyası Copilot Pro adını əldə edib və ondan istifadə haqqı 20$ təşkil edir. Beləliklə Copilot Pro-ya aşağıdakı imkanlar daxildir.
    - Microsoft 365 paketinin tətbiqləri daxilində Copilot ilə çalışma
    - GPT dil modellərinin ən son versiyalarından istifadə
    - Copilot GPT funksiyası. Bu funksiya sayəsində istifadəçi süni zəkanı konkret mövzu ətrafında ayarlaya bilər
    - Serverlərə pik yüklənmə olan zamanlarda belə ChatGPT Turbo-dan istifadə imkanı
    - ChatGPT-nin müxtəlif versiyaları arasında keçid (yaxın zamanda reallaşdırılacaq)
    - Copilot Builder funksiyası. İstifadəçinin süni zəkanı öz tapşırıqları əsasında təlimatlandırmasına imkan verən funksiya (yaxın zamanda reallaşdırılacaq).

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...