Microsoft Paint 3D-nin dəstəyi yaxın zamanda dayandırılacaq
Proqram Təminatı
12.08.2024
Microsoft 2017-ci ildə Windows 10 tərkibində ənənəvi Paint tətbiqinin əvəzliyicisi olmuş Paint 3D-ni istifadəyə vermişdi. İndi isə məlum olub ki, şirkət Paint 3D tətbiqinin dəstəyini dayandırmaq qərarına gəlib. Beləliklə bu tətbiq üçün yenilənmələrin təqdim olunması dayandırılacaq və üstəlik o, Microsoft Store-dan həmişəlik silinəcək. Microsoft bunun nə zaman baş verəcəyini açıqlayıb. Şirkətin vermiş olduğu rəsmi məlumata əsasən Paint 3D-nin dəstəyi payız fəslində dayandırılacaq. Bəzi istifadəçilər hal-hazırda tətbiqə daxil olduqları zaman bu barədə bildirişi belə əldə etməyə başlayıblar. Tətbiqin dəstəyi 4 noyabr tarixində dayandırılacaq. Həmin tarixdə Paint 3D həmçinin Microsoft Store-dan da silinəcək. Bununla belə istifadəçilərin kompüterlərinə həmin tarixə kimi quraşdırılmış tətbiq çox güman ki, çalışmağa davam edəcək.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...