Logo
    main-post-cover

    Microsoft, Paint 3D tətbiqinin dəstəyini rəsmi şəkildə dayandırdı

    Proqram Təminatı
    06.11.2024
    Emil
         Microsoft şirkəti Windows 10 ilə birlikdə istifadəyə verilmiş Paint 3D tətbiqinin dəstəyini rəsmi şəkildə dayandırdı. Qeyd etmək lazımdır ki, sözügedən tətbiq 3D obyektlərin tərtibatı, redaktəsi və HoloLens kimi AR layihələr üçün nəzərdə tutulmuşdu. Lakin nəticə etibarilə Paint 3D istifadəçilər arasında o qədər də böyük məşhurluq qazanmadı. İstifadəçilər əsasən sadə təsvirlərin yaradılması və artıq mövcud olan təsvirlərdə sürətli redaktə üçün adi Paint tətbiqinə üstünlük verirdilər.
         Bu səbəbdən Microsoft şirkəti Paint 3D tətbiqini Microsoft Store platformasından sildi. Sözügedən tətbiq bundan sonra yenilənmələr əldə etməyəcək. Şirkət öz diqqətini ənənəvi Paint tətbiqinin inkişaf etdirilməsinə ayırıb. Bu istiqamətdə tətbiqə süni zəka əsaslı funksiyalar əlavə edilib. Məsələn istifadəçilər ənənəvi Paint-də mətn formatında təsvirlər əsasında süni zəka vasitəsilə fotolar tərtib edə bilərlər.
    Paylaş