
Microsoft Skype fəaliyyətinin dayandırılacağını rəsmi şəkildə təsdiqləyib
Proqram Təminatı
03.03.2025
Emil
Microsoft rəsmi olaraq Skype-ın bağlanacağını elan edib və sonuncu zəngin 5 may 2025-ci ildə ediləcəyini açıqlayıb. Şirkət verdiyi açıqlamada, Skype-ın bağlanmasının Microsoft-un korporativ platforması olan Teams-ə daha çox diqqət ayırmasına imkan yaradacağını bildirib. Microsoft-un bəyanatında qeyd olunub: "İstehlakçılar üçün pulsuz kommunikasiya xidmətlərimizi optimallaşdırmaq və müştəri tələblərinə daha yaxşı uyğunlaşmaq üçün Skype-ı 2025-ci ilin may ayında bağlayacağıq. Bununla biz müasir kommunikasiya və əməkdaşlıq mərkəzimiz olan Microsoft Teams üzərində cəmləşəcəyik”.

Microsoft, istifadəçilərin Teams platformasına keçidini asanlaşdırmaq üçün tezliklə Skype hesabı vasitəsilə Teams-ə daxil olmağa icazə verəcək. İstifadəçilər Teams daxilində Skype-dakı bütün çatlarına və kontaktlarına çıxış əldə edəcəklər. Bu funksiya ilkin olaraq Teams və Skype insayderləri üçün əlçatan olacaq, daha sonra isə digər istifadəçilərə təqdim ediləcək. Teams-dən istifadə etməyi düşünməyənlər üçün mövcud Skype məlumatlarını ixrac etmək imkanı yaradılacaq. Bundan əlavə, yeni Skype istifadəçiləri artıq beynəlxalq və yerli zənglər edə və ya Skype krediti və abunəliklər vasitəsilə ödənişli zənglər qəbul edə bilməyəcəklər.
Mövcud abunəçilər isə kreditlərini və abunə paketlərini növbəti yeniləmə dövrünün sonuna qədər istifadə edə biləcəklər. Skype krediti yalnız 5 may 2025-ci ilə qədər aktiv olacaq. Microsoft-un istifadəçilərə 5 maydan sonra istifadə olunmamış Skype kreditlərini geri qaytarıb-qaytarmayacağı isə hələ məlum deyil. Skype-ın peer-to-peer videozəng xidməti Niklas Zennström, Janus Friis və digər 4 estoniyalı proqramçı tərəfindən yaradılıb. 2003-cü ildə istifadəyə verildikdən sonra bu xidmət sürətlə məşhurluq qazandı. 2005-ci ilin payızına qədər xidmətin 40 milyon aktiv istifadəçisi var idi. Həmin il eBay Skype-ı 2.6 milyard dollara aldı.

2011-ci ildə Microsoft, eBay-dən Skype-ı 8.5 milyard dollara aldı. Lakin pandemiya dövründə Skype, Zoom-a tamamilə uduzdu. Microsoft, 2021-ci ildə Skype for Business müştəri proqramına dəstəyi dayandıranda, artıq Skype-ın sonunun yaxın olduğu aydın idi. Microsoft hazırda Skype-ın istifadəçi sayına dair son statistikaları açıqlamır, lakin Teams-ə keçidlə əlaqədar olaraq işçi ixtisarlarının olmayacağını bəyan edib. Bundan əlavə, Teams platformasının aylıq aktiv istifadəçi sayının 320 milyon nəfərə çatdığı qeyd edilib. "Skype müasir kommunikasiyanın formalaşmasının və saysız-hesabsız vacib anların yaranmasının ayrılmaz hissəsinə çevrildi. Biz bu yolun bir parçası olduğumuz üçün qürur duyuruq" - deyə Microsoft bəyan edib.
Mənbə: Microsoft
Paylaş
Bənzər xəbərlər

Proqram Təminatı
Microsoft Copilot süni zəka köməkçisi tətbiqinin macOS versiyası istifadəyə verilib
Microsoft, Copilot süni zəka köməkçisini müstəqil tətbiq kimi macOS istifadəçiləri üçün təqdim edib. Tətbiq hal-hazırda ABŞ, Böyük Britaniya və Kanadada əlçatandır və Mac App Store üzərindən yüklənə bilər.

Proqram Təminatı
Daha bir dövrün sonu: Skype yaxın zamanda fəaliyyətini dayandıracaq
Yaxın aylarda Microsoft-un Skype-ı bağlamağa hazırlaşdığı ehtimal olunur. Tətbiqin sonuncu ön baxış versiyasının kodunda gizli bir sətir aşkar edilib: "May ayından etibarən Skype əlçatan olmayacaq. Zəng etmək və ünsiyyəti davam etdirmək üçün Teams-dən istifadə edin".

Təhlükəsizlik
Microsoft süni zəka vasitəsilə intim kontentlər hazırlamış haker qruplaşmasını çökdürüb
Microsoft, ABŞ və digər ölkələrdən olan hakerlərin süni zəka əsaslı generativ alətlərin məhdudiyyətlərini aşaraq zərərli kontent yaratdıqlarını aşkar edib. Bu fəaliyyətə Azure bulud xidmətində OpenAI modellərindən istifadə edən hakerlər də daxildir.

Proqram Təminatı
Microsoft Office tətbiqlərinin pulsuz versiyalarını istifadəyə verib
Microsoft heç bir anons etmədən Windows üçün Office tətbiqlərinin pulsuz versiyasını təqdim edib. Bu versiya Microsoft 365 abunəliyi və ya lisenziya açarı olmadan Word, Excel və PowerPoint sənədlərinin yaradılmasına və redaktə edilməsinə imkan verir.

Proqram Təminatı
Windows 11-in Start menyusunun yeni dizaynı sərgilənib
Microsoft Windows 11-də Start menyusunun tezliklə dəyişəcəyini təsdiqləyib və tətbiqlərin siyahısının təşkilinə dair iki yeni variant təqdim edib.
Ən çox oxunanlar

Google Pixel 9a-nın reklam fotoları təqdim edilib
