
Microsoft Windows 11-də Android tətbiqlər ilə oyunların dəstəklərini dayandıracaq
Proqram Təminatı
06.03.2024
Emil
Microsoft şirkəti rəsmi şəkildə elan edib ki, o, gələn ilin 5 mart tarixindən Windows üçün Android tətbiqlər ilə oyunların dəstəklərini dayandıracaq. Söhbət, Windows-un Android üçün nəzərdə tutulmuş altsisteminin (WSA) dəstəyinin dayandırılmasından gedir. Qeyd etmək lazımdır ki, bu altsistem Windows 11-də Amazon Appstore üzərindən Android tətbiqlərin işə salınmasını mümkün edirdi. Gələn ilin 5 mart tarixindən isə Windows 11 istifadəçiləri öz kompüterlərinə Amazon Appstore üzərindən Android tətbiqləri və oyunları quraşdırmaq imkanından məhrum olacaqlar. Microsoft bu qərarın səbəbini açıqlamayıb. Lakin çox güman ki, bu qərar Windows-da Android tətbiqlərinə tələbatın az olması və ya kompüterlərdə Android tətbiqlərin işə salınması üçün nəzərdə tutulmuş digər üsullarla rəqabət ilə bağlıdır.
Paylaş
Ən çox oxunanlar

Samsung Odyssey OLED G6 G60SF gaming monitoru təqdim edilib - QİYMƏTİ
