
Microsoft Windows 11-dən WordPad tətbiqini siləcək
Proqram Təminatı
08.01.2024
Emil
WordPad tətbiqi 30 ilə yaxın Windows əməliyyat sisteminin bir hissəsi olub. Sözügedən tətbiq ilk dəfə Windows 95 əməliyyat sistemində istifadəyə verilmişdi. İndi isə Microsoft şirkəti elan edib ki, o, yaxın zamanda WordPad tətbiqini Windows 11-dən siləcək. Maraqlısı ondadır ki, WordPad Windows tətbiqləri arasında Dark Mode rejimini əldə etməmiş tətbiqlərdən biri idi. Bu isə öz növbəsində şirkətin ondan imtina edəcəyinə işarə edirdi.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
