main-post-cover

    NASA BKS-ın (Beynəlxalq Kosmik Stansiya) yerini təyin etməyə imkan verən mobil tətbiqi istifadəyə verib

    Proqram Təminatı
    Servislər
    04.11.2023
    Farid Pardashunas
         NASA-nın istifadəyə vermiş olduğu yeni mobil tətbiq BKS-in (Beynəlxalq Kosmik Stansiya) səmada yerini təyin etməyə imkan verir. Bununla yanaşı tətbiq AR funksiyanı və BKS barəsində daha ətradlı məlumatı əldə etmək üçün rahat interfeysi təqdim edir. Tətbiq Spot the Station adını əldə edib. Onun ana səhifəsində kosmik stansiyanın səmada yerləşdiyi yer üzrə qlobus ilə xəritə əks olunur. İstifadəçi öz istəyinə uyğun olaraq tətbiq tərəfindən bildirişin göndərilməsini ayarlaya bilər. Bu halda BKS istifadəçinin yaşadığı yerin yaxınlığından keçən zaman tətbiq ona bu barədə bildiriş göndərəcək. Tətbiqin təqdim etdiyi AR funksiya isə BKS-in səmada aşkar edilməsində yardımçı olur. NASA-nın bu tətbiqi tamamilə pulsuz şəkildə təqdim olunur və onun daxilində heç bir reklam yoxdur. Tətbiq AndroidiOS-də artıq aktivdir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    NASA-nın Ay ətrafı uçuşunu reallaşdıracaq kosmik gəminin testlərinə start verilir
    nasa-nin-ay-etrafi-ucusunu-reallasdiracaq-kosmik-geminin-testlerine-start-verilir
    Yupiterin peyki İonun keyfiyyətli fotoları çəkilib
    yupiterin-peyki-ionun-keyfiyyetli-fotolari-cekilib