main-post-cover

    OpenAI çat-botların yaradılması üçün GPTs adlı konstruktoru təqdim edib

    Proqram Təminatı
    Servislər
    07.11.2023
    Farid Pardashunas
         OpenAI şirkəti GPTs adlı konstruktoru təqdim edib. Sözügedən konstruktor vasitəsilə istifadəçilər ChatGPT-yə xüsusi imkanları, spesifik bilikləri və bacarıqları əlavə edə bilərlər. Nəticədə onlar GPTs vasitəsilə texniki məsələlər ilə bağlı məsləhətçini, rəqəmsal aşpazı və ya uşaqlar üçün riyaziyyat müəllimini tərtib edə bilərlər. OpenAI şirkətinin sözlərinə əsasən ChatGPT istifadəyə veriləndən sonra istifadəçilər çat-botun konkret tapşırıqlara istiqamətlənməsinə hədəflənmiş alətlərin istifadəyə verilməsini istədilər. Bəzi istifadəçilər hətta lazımi nəticəni əldə etmək üçün xüsusi sorğular siyahısını da tərtib etməyə başladılar.
         İstifadəçilər uğurlu sorğuların hesabatlarını aparmağa, onları fərdi şəkildə kopyalayaraq sistemə yerləşdirməyə məcbur oldular. Lakin GPTs konstruktorunun istifadəyə verilməsi ilə bütün bu prosesləri avtomatlaşdırmaq mümkündür. Çat-botun düzgün şəkildə ayarlanması üçün ona öhdəliklərini başa salmaq, təlimatları təqdim etmək və ChatGPT-nin standart versiyasının sahib olmadığı əlavə bilikləri ötürmək lazımdır. Bundan əlavə olaraq çat-bota internetdə axtarış etmək, fotoların tərtibatını reallaşdırmaq və məlumatları analiz etmək imkanlarını da vermək olar. Şirkət bildirib ki, fərdi çat-botun hazırlanması üçün proqramlaşdırma biliklərinə sahib olmağa ehtiyac yoxdur.
         Ayarlanma prosesi isə sadə dialoqa bənzəyir. Şirkətin fikrincə hal hazırda ən yaxşı həllər ictimaiyyətin birgə səyləri sayəsində ortaya çıxa bilər. Buna görə də istifadəçilər öz tapşırıqları üçün nəzərdə tutulmuş çat-botları yaratmaqla yanaşı onları digərləri ilə bölüşə də biləcəklər. Gələcəkdə isə şirkət bu cür çat-botların təqdim olunacaqları platformanı istifadəyə verməyə planlaşdırır. Çat-bot yaradıcıları öz həllərini monetizasiya da edə biləcəklər. OpenAI hətta xüsusi tapşırıqların yerinə yetirilməsi üçün nəzərdə tutulmuş bir neçə hazır çat-botu da təqdim edib. Onlar istifadəçilər arasında tədricən istifadəyə verilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    OpenAI şirkəti GPT-4 Turbo-nu təqdim edib
    openai-sirketi-gpt-4-turbo-nu-teqdim-edib
    ChatGPT-yə faylların yüklənərək analiz edilməsi funksiyası əlavə edilib
    chatgpt-ye-fayllarin-yuklenerek-analiz-edilmesi-funksiyasi-elave-edilib
    OpenAI süni zəkanın təhlükələrini aradan qaldıracaq xüsusi komandanı formalaşdırıb
    openai-suni-zekanin-tehlukelerini-aradan-qaldiracaq-xususi-komandani-formalasdirib