Logo
    main-post-cover

    Proqram təminatı kodlarının tərtibatı üçün olan Code Llama böyük dil modeli təkmilləşdirilib

    Proqram Təminatı
    31.01.2024
    Emil
         Meta şirkəti proqram təminatı kodlarının tərtibatı üçün nəzərdə tutulmuş Code Llama 70B adlı böyük dil modelini yeniləyib. Yenilənmə sayəsində sözügedən böyük dil modelinin proqram təminatı kodlarının tərtibatı mövzusunda dəqiqliyi OpenAI şirkətinin GPT-4 adlı böyük dil modelinin dəqiqliyinə çatıb. Verilmiş məlumata əsasən yenilənmiş Code Llama 70B daha çox sorğunu emal edə və daha dəqiq nəticələri sərgiləyə bilir.
          Məlumatda qeyd edilib ki, yenilənmiş Code Llama 70B dil modellərinin imkanlarını yoxlamaq üçün nəzərdə tutulmuş HumanEval adlı testdə 53% nəticə sərgiləyib. Müqayisə üçün qeyd etmək lazımdır ki, GPT-3.5-də bu göstərici 48.1%, GPT-4-də isə 67% təşkil edir. Qeyd etmək lazımdır ki, Code Llama mətn formatında sorğular vasitəsilə tərtibatçılara proqram təminatı kodlarının fraqmentlərini tərtib etməyə və mövcud kodlardakı səhvləri aradan qaldırmağa yardımçı olur. Onun 70B adlı versiyası proqramlaşdırma mövzusunda 1 TB həcmli məlumatlar bazası əsasında təlimatlandırılıb. O, elmi tədqiqatlar və biznes üçün pulsuz şəkildə təqdim olunur.
    Paylaş