Logo
    main-post-cover

    Samsung cihazlarının istifadəçiləri yaxın zamanda bir mövzuda məhdudiyyət ilə qarşılaşacaqlar

    Proqram Təminatı
    11.09.2024
    Emil
         İndiyənə kimi Galaxy smartfon və planşetlərinin istifadəçiləri Samsung hesabı yaratmadan öz cihazlarından rahat şəkildə istifadə edə bilirdilər. Lakin görünür, Samsung bu vəziyyəti dəyişmək qərarına gəlib. Belə ki, yaxın zamanda bəzi standart tətbiqlərin yenilənmələri üçün mütləq şəkildə Samsung hesabı lazım olacaq. Daha öncə şirkətin tətbiqlər mağazası olan Galaxy Store-dan istifadə üçün heç bir əlavə hesaba ehtiyac yox idi. Yəni hesab yaratmaq mümkün idi. Sadəcə olaraq şirkət bunu məcburiyyət kimi istifadəçilərə aşılamırdı.
         Lakin Galaxy Store platformasının 6.6.13.10 nömrəli versiyasında ortaya çıxmış bildirişə əsasən bu vəziyyət yaxın zamanda dəyişəcək. Belə ki, 25 sentyabr tarixindən başlayaraq Galaxy Store platformasına daxil olan zaman Samsung hesabı vasitəsilə avtorizasiya prosesindən keçmək lazım gələcək. Əks halda istifadəçi Galaxy Store-dan yeni tətbiqləri yükləyə və mövcud tətbiqləri yeniləyə bilməyəcək. Bundan əlavə olaraq Samsung hesabı vasitəsilə avtorizasiya prosesindən keçmədikdə hətta tətbiqlərin avtomatik yenilənmələri funksiyası da deaktiv ediləcək. Qeyd etmək lazımdır ki, şirkət tərəfindən qəbul edilmiş bu qərar cihazlara Samsung tərəfindən quraşdırılmış tətbiqləri əhatə edir.
    Paylaş
    Bənzər xəbərlər