
Samsung Galaxy S23 smartfonlarının hansı süni zəka funksiyalarını əldə edəcəkləri məlum olub
Proqram Təminatı
06.02.2024
Samsung şirkətinin regional saytlarından birində Galaxy S23 smartfonlarının OneUI 6.1 yenilənməsindən sonra əldə edəcəkləri yeni funksiyalar barəsində məlumatlar əks olunub. Məlum olub ki, Galaxy S24 smartfonları ilə müqayisədə Galaxy S23 smartfonlarının əldə edəcəkləri yeni funksiyaların sayı o qədər də çox deyil. Lakin bununla belə istifadəyə veriləcək funksiyalar süni zəka funksiyalarıdır. Beləliklə məlumata əsasən OneUI 6.1 yenilənməsindən sonra Galaxy S23 smartfonları Circle to Search, Live Translate, Photo Assist və Note Assist funksiyalarını əldə edəcəklər. Sözügedən funksiyalar barəsində məlumatları bu xəbərin sonunda əldə etmək olar. Galaxy S23 smartfonlarının adları sadalanmış funksiyaları nə zaman əldə edəcəkləri qeyd edilməsə də, bunun yaxın zamanda baş tutacağı gözlənilir.
samsung oneui 6.1
oneui 6.1
samsung
samsung galaxy s23
samsung galaxy s23 plus
samsung galaxy s23 ultra
galaxy s23
galaxy s23 plus
galaxy s23 ultra
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...