Logo
    Spotify uşaq mahnılarının tövsiyələrə təsirini dayandırmağa imkan verir

    Spotify uşaq mahnılarının tövsiyələrə təsirini dayandırmağa imkan verir

        “Spotify” valideyn hesabında dinlənən uşaq və ailə musiqisini zövq profilindən çıxarmaq üçün yeni seçim yaradıb. Funksiya 15 sentyabrdan mobil cihazlarda qlobal olaraq istifadəyə verilir və həm Free, həm də Premium hesablarında işləyir. Məqsəd uşaqların dinlədiyi mahnıların valideynlərə verilən tövsiyələrə və ilin sonunda hazırlanan “Wrapped” xülasəsinə qarışmamasıdır.
    Spotify uşaq mahnılarının tövsiyələrə təsirini dayandırmağa imkan verir
        Seçim tətbiqin parametrlərindəki “Content and display” bölməsindədir və “Include kids and family music in taste profile” adlanır. Uşaq musiqisi standart olaraq zövq profilinə daxil edilir. Bunu dayandırmaq üçün seçimi söndürmək lazımdır. Funksiya laylaları, uşaq mahnılarını, ailə seriallarının musiqilərini və animasiya filmlərinin məşhur parçalarını avtomatik tanıyır.
        Seçim söndürüldükdən sonra həmin mahnılar “Discover Weekly”, “Daily Mix” və digər şəxsi tövsiyələrə təsir etməyəcək. Dəyişiklik əvvəlki dinləmələrə də aid olacaq. Beləliklə, bu il dinlənmiş uşaq musiqisini “Wrapped”də ən çox səsləndirilən mahnı və ifaçılar siyahısından çıxarmaq olar. “Spotify”ın xəbərdarlığına görə, dəyişikliklərin görünməsi 48 saata qədər çəkə bilər.
    Spotify uşaq mahnılarının tövsiyələrə təsirini dayandırmağa imkan verir
        Bu parametr uşaq musiqisini bloklamır. İstifadəçi həmin mahnıları əvvəlki kimi axtara, dinləyə və ailə pleylistlərinə əlavə edə bilər. Sadəcə bu dinləmələr hesab sahibinin musiqi zövqünü müəyyən edən məlumatlara qarışmayacaq. Problem əsasən televizor, ağıllı səsgücləndirici və avtomobil kimi ortaq cihazlar valideyn hesabına qoşulduqda yaranır.
    Spotify uşaq mahnılarının tövsiyələrə təsirini dayandırmağa imkan verir
        “Spotify” daha əvvəl bütöv pleylistləri zövq profilindən çıxarmaq seçimi yaratmışdı, amma hər pleylisti ayrıca seçmək lazım gəlirdi. 2025-ci ilin oktyabrında ayrı-ayrı mahnıları gizlətmək seçimi də əlavə olunub. Platforma həmin il “Premium” ailə planındakı 13 yaşdan kiçik dinləyicilər üçün “Managed Accounts” funksiyasını çıxarıb. Bu hesablarda yaşa uyğun musiqi və valideyn nəzarəti var. Uşaqların dinlədikləri də böyüklərin profilinə qarışmır.
        Oxşar problem “YouTube”da hələ də qalır. “YouTube Premium Family” ailə üzvlərinin videolara reklamsız baxması üçündür. Lakin uşaqların ortaq cihazlarda izlədiyi videolar valideynlərin tövsiyələrinə qarışa bilər. Hazırda uşaq və ailə məzmununu tövsiyələrdən ayrıca çıxarmaq üçün seçim yoxdur. Yəni “Spotify”dakı funksiyanın birbaşa qarşılığı bu xidmətdə hələ çıxmayıb.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...