main-post-cover

    Windows 10 üçün təhlükəsizlik yenilənmələri ödənişli olacaq

    Proqram Təminatı
    06.12.2023
    Farid Pardashunas
         Windows 10-un həyat dövrü artıq sona yaxınlaşır. Microsoft öz növbəsində sözügedən əməliyyat sisteminin aqibəti barəsində məlumat verib. Şirkətin verdiyi məlumata əsasən Windows 10-un rəsmi dəstəyinin yekunlaşacağından sonra ondan istifadə etməyə davam edəcək istifadəçilər əməliyyat sistemi üçün nəzərdə tutulmuş təhlükəsizlik yenilənmələrini əldə edə biləcəklər. Lakin bunun üçün istifadəçilər ödəniş etməli olacaqlar.
         Yəni Windows 10-un rəsmi dəstəyinin bitməsindən sonra onun üçün təhlükəsizlik yenilənmələri ödənişli olacaq. Qeyd etmək lazımdır ki, Windows 10-un rəsmi dəstəyi 14 oktyabr 2025-ci il tarixində yekunlaşmalıdır. Qeyd edilmiş tarixdən sonra şirkət yeni şərtlər altında sözügedən əməliyyat sistemi üçün təhlükəsizlik yenilənmələrini təqdim edəcək. Windows 10 üçün təhlükəsizlik yenilənmələrinin hansı qiymətə təqdim olunacaqları barəsində məlumat daha sonra veriləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Windows 11-də Windows 10-un Taskbar-nın istifadəsi imkanı ləğv ediləcək
    windows-11-de-windows-10-un-taskbar-nin-istifadesi-imkani-legv-edilecek
    Windows 11-də enerjiyə qənaət rejimi istifadəyə veriləcək
    windows-11-de-enerjiye-qenaet-rejimi-istifadeye-verilecek
    Windows 11-dəki Copilot köməkçisi GPT-4 Turbo-ya keçid edə bilər
    windows-11-deki-copilot-komekcisi-gpt-4-turbo-ya-kecid-ede-biler
    Paint-də süni zəka vasitəsilə fotoların tərtibatı funksiyası istifadəyə verilib
    paint-de-suni-zeka-vasitesile-fotolarin-tertibati-funksiyasi-istifadeye-verilib
    Keçmiş Apple işçilərinin daha çox hansı şirkətlərə müraciət etdikləri məlum olub
    kecmis-apple-iscilerinin-daha-cox-hansi-sirketlere-muraciet-etdikleri-melum-olub