Logo
    main-post-cover

    Windows 11, bir istifadəçi tərəfindən 10 illik Intel Celeron prosessorlu noutbukda çalışdırıla bilib!

         Daha əvvəl Windows 11-in köhnə kompüterlərdə də sürətl şəkildə çalışdığı ortaya çıxmışdı. İndi isə Reddit-də bir istifadəçi, 10 yaşlı Intel Celeron prosessorlu noutbukunda Windows 11 quraşdırdığını və onun çox yaxşı işlədiyini bildirib.

         TPM 2.0, 2016-2017-ci illərdə istehsal edilmiş bir çox kompüterdə mövcuddur. Köhnə kompüterlər ümumiyyətlə etibarlı platforma modulu ilə təchiz olunmadığından, onlar rəsmi olaraq Windows 11-i dəstəkləmirlər. Bununla belə, Windows 11-i TPM 2.0 ilə təchiz olunmayan cihazlara qeyri-rəsmi quraşdırmağın yolları var  Üstəlik, Windows 11, bu kompüterlərdə əla işləyir.
         Reddit-də bir istifadəçi, Rufus proqramından istifadə edərək 2014-cü il tarixli Intel N2940 prosessoru ilə noutbukunda Windows 11-i quraşdırdığını və kompüterin 7 saniyə ərzində işə düşdüyünü və hətta oyun oynaya bildiyini paylaşıb. O, həmçinin bildiriş mərkəzi, WiFi və Parametrlər paneli daxil olmaqla hər şeyin Windows 10-dan təxminən 50% daha sürətli şəkildə yükləndiyini söyləyib. İstifadəçinin etdiyi yeganə dəyişiklik 2 GB RAM-ı 4 GB-a qədər artırmaqSSD əlavə etmək olub. İstifadəçi, Windows 11-i quraşdırdıqdan sonra ümumiyyətlə optimallaşdırmaq üçün heç bir şey etmədiyini, lakin RAM ilə bağlı problemlərin qarşısını almaq üçün svchost-u redaktə etdiyini bildirib. Bəzi istifadəçilər, Microsoft-un Windows 11-i köhnə cihazlarda rəsmi şəkildə dəstəkləməsi üçün təkmilləşdirməli olduğunu söyləyirlər.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Windows 11, bir istifadəçi tərəfindən 10 illik Intel Celeron prosessorlu noutbukda çalışdırıla bilib! | Technote