Logo
    main-post-cover

    Windows 11-in 100 MB həcmli versiyası yaradılıb (VİDEO)

    Proqram Təminatı
    23.01.2024
    Emil
         NTDEV ləqəbli tərtibatçı öz qarşısına Windows 11-in ən yüngül versiyasını yaratmaq məqsədini qoyub və buna nail olub. Belə ki, tərtibatçı Windows 11-i 100 MB həcmə kimi sıxışdırıb və buna baxmayaraq əməliyyat sistemi tam funksional olub. 100 MB-lıq həcm limitində qalmaq üçün tərtibatçı əməliyyat sisteminin qrafik interfeysindən imtina edib. Tərtibatçının yaratmış olduğu NT-DOS adlı işlək platforma yalnız mətn rejimi vasitəsilə çalışır və onun həcmi 100 MB təşkil edir. Quraşdırılandan sonra o, sistem diskində 1.9 GB yer tutur və üstəlik multitasking funksionallığını dəstəkləyir.
    Paylaş