main-post-cover

    Windows 11-in iş masasını smartfon ekranında işə salmaq mümkün olacaq

    Proqram Təminatı
    02.07.2024
    Emil Nəcəfov
         Windows 11-in test versiyasında bu əməliyyat sistemi üçün nəzərdə tutulmuş yeni funksiya aşkar edilib. Yeni funksiya smartfon istifadəçiləri üçün nəzərdə tutulub. O, Windows-un iş masasını smartfon ekranına köçürülməsi imkanını verəcək. Sözügedən funksiya Continue from Phone adlanır. Məlumatda qeyd edilib ki, sözügedən funksiya hətta Windows 11-in beta versiyasında belə hələ çalışmır.
         Lakin bununla belə bu funksiyanın istifadəçilərə təqdim edəcəyi bəzi üstünlüklər artıq məlumdur. Məlumata əsasən Continue from Phone funksiyası kompüterdə start verilmiş hansısa işə qaldığı yerdən smartfon ekranında davam etməyə imkan verəcək. Bunun üçün Phone Link tətbiqi ilə OneDrive bulud servisi istifadə ediləcək. Bununla yanaşı heç istisna deyil ki, Microsoft nəticədə smartfon və ya digər cihazdan kompüterə girişi təmin edəcək TeamViewer analoqunu da təqdim etsin. Continue from Phone funksiyasına gəldikdə isə onun Windows 11-in stabil versiyasında nə zaman istifadəyə veriləcəyi məlum deyil.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Microsoft: İnternetdə paylaşılan məlumatlar sərbəstdir və biz də ondan istifadə edirik!
    microsoft-internetde-paylasilan-melumatlar-serbestdir-ve-biz-de-ondan-istifade-edirik
    Microsoft şirkəti, 6 milyard dollar dəyərində cərimə oluna bilər!
    microsoft-sirketi-6-milyard-dollar-deyerinde-cerime-oluna-biler
    Apple brendinin dəyəri 1 trilyon dolları keçib
    apple-brendinin-deyeri-1-trilyon-dollari-kecib
    Avropa Birliyi, Microsoft-u "uşaqların məlumatlarını oğurlayır" iddiası ilə ittiham edib!
    avropa-birliyi-microsoft-usaqlarin-melumatlarini-ogurlayir-iddiasi-ile-ittiham-edib
    Windows 11-in yeni süni intellekt funksiyası, köhnə kompüterdə işə salınıb!
    windows-11-in-yeni-suni-intellekt-funksiyasi-kohne-komputerde-ise-salinib