main-post-cover

    Windows 11 kompüterlərin artıq 1/3 hissəsində çalışır

    Proqram Təminatı
    02.09.2024
    Emil Nəcəfov
         Statcounter analitik şirkəti Microsoft şirkətinin müxtəlif Windows versiyalarının əməliyyat sistemləri sahəsindəki vəziyyətlərini əks etdirən yeni statistikanı təqdim edib. Təqdim edilmiş statistika keçən ayın məlumatlarına əsaslanıb. Beləliklə məlum olub ki, avqust ayında şirkətin Windows 11 əməliyyat sistemi istifadəçilər arasında məşhurlaşmağa davam edib. Nəticədə Windows 11 bazarın 1/3 hissəsini artıq ələ keçirib.
         Statistikaya əsasən Windows versiyaları arasında istifadəçilərin ən çox üstünlük verdikləri əməliyyat sistemi hələ də Windows 10 olaraq qalır. Belə ki, o, bütün Windows kompüterlərinin 64.14%-ni əhatə edir. İkinci yerdə 31.63%-lik göstərici ilə Windows 11, üçüncü yerdə 3.05%-lik göstərici ilə Windows 7 tutub. İlk üçlükdən sonrakı yerləri isə 0.41%-lik göstərici ilə Windows 8.1 0.4%-lik göstərici ilə Windows XP tutublar. Qeyd etmək lazımdır ki, gələn ilin oktyabr ayında Windows 10-un dəstəyi rəsmi olaraq yekunlaşacaq. Onun dəstəyinin rəsmi şəkildə yekunlaşmasından sonra Windows 11-in statistik göstəriciləri çox güman ki, sürətlə yüksəlməyə davam edəcəklər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Bir YouTuber, Windows XP əməliyyat sistemini iPhone-a quraşdıraraq Half-Life oyununu oynamağı bacarıb! (VİDEO)
    bir-youtuber-windows-xp-emeliyyat-sistemini-iphone-a-qurasdiraraq-half-life-oyununu-oynamagi-bacarib-video
    Windows 11-in Start menyusu iOS-in faydalı özəlliyini əldə edəcək
    windows-11-in-start-menyusu-ios-in-faydali-ozelliyini-elde-edecek
    Microsoft öz əməliyyat sistemində Windows Control Panel-dən imtina edəcək
    microsoft-oz-emeliyyat-sisteminde-windows-control-panel-den-imtina-edecek
    Windows 11-də kompüterin enerji təchizatı ilə bağlı yeni ayarlar istifadəyə veriləcək
    windows-11-de-komputerin-enerji-techizati-ile-bagli-yeni-ayarlar-istifadeye-verilecek
    Microsoft, dəstəklənməyən sistemlərdə Windows 11 quraşdırılmasını blok etməyə başlayıb!
    microsoft-desteklenmeyen-sistemlerde-windows-11-qurasdirilmasini-blok-etmeye-baslayib