
Windows 11 üçün yeni "casusluq"dan qorunma funksiyası hazırlanır
Proqram Təminatı
07.05.2025
Emil
PhantomOfEarth ləqəbli insayder hələ rəsmi olaraq elan olunmamış, lakin potensial olaraq faydalı ola biləcək Windows 11 üçün yeni funksiyadan bəhs edib. Bu funksiya ictimai yerlərdə şəxsi məlumatların qorunmasını yaxşılaşdırmaq məqsədi daşıyır. Onlooker Detection adlanan bu yenilik, kənar şəxsin istifadəçinin ekranına baxdığını aşkar etdikdə onu xəbərdar edəcək. Mənbənin izahına görə, bu funksiya kənar baxış aşkarlandıqda ekranı qaralda bilər ki, “casus” məzmunu yaxşı görə bilməsin, yaxud istifadəçini birbaşa xəbərdar edə bilər, yaxud da hər iki tədbiri eyni anda tətbiq edə bilər. Bu funksiyanın işləməsi üçün cihazda istifadəçinin varlığını aşkar edən sensor olmalı və o, Qualcomm Snapdragon X, AMD və ya Intel texnologiyası ilə uyğun çip əsasında işləməlidir. Onlooker Detection funksiyasının istifadəyə verilmə tarixi hələ məlum deyil. Eyni zamanda, insayder bu funksiyanı məhz hansı test versiyasında və ya sənəddə aşkar etdiyini dəqiqləşdirməyib.

Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
