main-post-cover

    Windows 12 ənənəvi Start düyməsindən məhrum ola bilər

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    26.10.2023
    Farid Pardashunas
         Dünən Qualcomm özünün Snapdragon X Elite adlı yeni desktop prosessorunu təqdim edən zaman Microsoft şirkətinin CEO-su Satya Nadella bildirdi ki, növbəti Windows süni zəka əsaslı funksiyaların təsirləri altında dəyişikliyə məruz qala bilər. Nadella ola biləcək dəyişikliklər barəsində konkret bir məlumat verməsə də onlardan birinə işarə edib. Onun sözlərinə əsasən növbəti Windows-un dizaynı intellektual köməkçidən istifadə sayəsində əməliyyat sisteminin rahatlığına istiqamətlənə bilər.
         Windows Copilot Microsoft və OpenAI şirkətləri arasında olan əməkdaşlıq çərçivəsində hazırlanır və o, Cortana-nın daha təkmilləşdirilmiş versiyası olmalıdır. "Copilot əməliyyat sisteminin Start düyməsinə bənzəyir. O sizin tətbiqlərinizlə olan bütün qarşılıqlı əlaqənin təşkilatçısı rolunda çıxış edir. Məsələn mən Copilot-u aktivləşdirib ona nələri etmək istədiyimi bildirirəm. Copilot isə öz növbəsində ya məni lazımi tətbiqə yönləndirir ya da lazımi tətbiqin funksionallığını öz üzərinə götürür. Bu, istifadəçinin davranışlarını tamamilə dəyişir" - deyə Nadella qeyd edib.
         Jurnalistlərin fikirlərinə əsasən bu bəyanatla Nadella növbəti Windows-da Start düyməsinin Copilot interfeysi ilə əvəzlənəcəyinə işarə edib. Qeyd etmək lazımdır ki, Copilot adlı süni zəka köməkçisi artıq Windows 11-in test versiyalarına inteqrasiya edilib. Lakin süni zəkanın əməliyyat sisteminə daha dərin şəkildə inteqrasiyası yalnız bir yeni düymə ilə məhdudlaşmayacaq. Nadella-nın sözlərinə əsasən bu cür səviyyədə inteqrasiya üçün əməliyyat sistemi tamamilə yeni arxitekturaya sahib olmalıdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Microsoft məlumatları minilliklər ərzində saxlaya biləcək yeni yaddaş texnologiyasını hazırlayır (VİDEO)
    microsoft-melumatlari-minillikler-erzinde-saxlaya-bilecek-yeni-yaddas-texnologiyasini-hazirlayir-video
    Windows 11-in məşhurluq səviyyəsi Micreosoft-u sözün yaxşı mənasında təəccübləndirib
    windows-11-in-meshurluq-seviyyesi-micreosoft-u-sozun-yaxsi-menasinda-teeccublendirib