Logo
    main-post-cover

    Windows 12 müəyyən müddətlik təxirə salınıb

    Proqram Təminatı
    23.01.2024
    Emil
         Daha öncə düşünülürdü ki, keçən ilin noyabr ayının əvvəlində istifadəyə verilmiş Windows 11 23H2 yenilənməsi Windows 11 üçün istifadəyə verilmiş son böyük yenilənmə olacaq və daha sonra Microsoft öz diqqətini Windows 12-yə yönəldəcək. Lakin verilmiş yeni məlumata əsasən Windows 11 23H2 yenilənməsi Windows 11 üçün nəzərdə tutulmuş son böyük yenilənmə olmayacaq.
         Belə ki, Microsoft hal-hazırda bu əməliyyat sistemi üçün nəzərdə tutulmuş Windows 11 24H2 yenilənməsi üzərində çalışır. O bu ilin sentyabr ayında istifadəyə verilməlidir. Məlumatda qeyd edilib ki, Windows 11 24H2 yenilənməsi sayəsində əməliyyat sistemi süni zəka funksiyalarını əldə edəcək. Nəticədə Windows 12-nin işə salınması şirkət tərəfindən bir qədər təxirə salınıb. Bununla belə Windows 11 24H2 yenilənməsi sayəsində Windows 11-də hansı süni zəka funksiyalarının istifadəyə veriləcəyi tam aydın deyil.
    Paylaş