main-post-cover

    Windows Phone-nun uğursuzluğunun əsas səbəbi açıqlanıb

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    30.10.2023
    Farid Pardashunas
         Keçən həftə Microsoft şirkətinin CEO-su Satya Nadella müsahibəılərindən birində qeyd etdi ki, o, şirkətin Windows Phone şöbəsinin bağlandığından məyusdur və bu qərar onun şirkət CEO-su vəzifəsindəki ən ağır qərarlarından biri olub. Bununla yanaşı Nadella qeyd etdi ki, Windows Phone-nun məşhurlaşması üçün nəzərdə tutulmuş imkanlar olsa da, şirkət həmin imkanları əldən buraxıb. İndi isə şirkətin artıq bağlanmış Windows Phone Experience şöbəsinin keçmiş rəhbəri Brandon Watson Windows Phone-nun uğursuz olmasının əsas səbəbini açıqlayıb.
         X-dəki (keçmiş Twitter) hesabında Watson bildirib ki, əsas səbəb Windows Phone vasitəsilə çalışan smartfonlara mobil operatorlar tərəfindən marağın olmaması idi. ABŞ-da və Avropanın bəzi ölkələrində mobil operatorlar mobil şəbəkə xidmətinin təklif edilməsi mövzusunda alıcı ilə müqavilə bağlayan zaman cihazların alınması üçün xüsusi şərtləri təklif edirlər. Watson-un sözlərinə əsasən Windows Phone vasitəsilə çalışmış Nokia Lumia smartfonlarının satışa çıxmalarından sonra mobil operatorlar onlara yalnız 1-2 həftə ərzində maraq göstərirdilər.
         Lakin daha sonra onlar öz diqqətlərini Android iOS vasitəsilə çalışan digər məşhur smartfonlara yönləndirirdilər. Watson həmçinin əlavə edib ki, yaxşı tətbiqlər mağazasının olmaması Windows Phone-ların aqibətlərinə məfi təsir göstərsə də, onların süqutlarında ən əsas rolu oynayıb. Onun fikrincə ən böyük problem Microsoft-un tətbiqlərin hazırlaması üçün nəzərdə tutulmuş daxili alətlərdən istifadənin kənar şirkətlərə qadağan etmək siyasəti idi. Bu səbəbdən tərtibatçılar Windows Phone üçün tətbiqlərin hazırlanmasına maraqlarını itirmişdilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Windows 12 ənənəvi Start düyməsindən məhrum ola bilər
    windows-12-enenevi-start-duymesinden-mehrum-ola-biler
    Microsoft məlumatları minilliklər ərzində saxlaya biləcək yeni yaddaş texnologiyasını hazırlayır (VİDEO)
    microsoft-melumatlari-minillikler-erzinde-saxlaya-bilecek-yeni-yaddas-texnologiyasini-hazirlayir-video
    Windows 11-in məşhurluq səviyyəsi Micreosoft-u sözün yaxşı mənasında təəccübləndirib
    windows-11-in-meshurluq-seviyyesi-micreosoft-u-sozun-yaxsi-menasinda-teeccublendirib