Logo
    main-post-cover

    Yazdığınız zaman iPhone-un çökməsinə səbəb olan 4 kombinasiyalı xəta ortaya çıxıb!

    Proqram Təminatı
    22.08.2024
    Farid

         Mastodon-dakı bir təhlükəsizlik tədqiqatçısı, müəyyən simvolları yazarkən iPhone-ların əsas ekran proqramının sıradan çıxmasına səbəb olan iOS xətasını aşkar edib.

         Yeni aşkar edilmiş xəta, iPhone iPad-lərin qısa müddətlik sıradan çıxmasına səbəb olur. Xətanı işə salmaq üçün isə sadəcə 4 kombinasiyadan ibarət simvolu yazmaq kifayətdir. Tətbiq Arxivində axtarış sahəsinə “”:: simvollarının yazılması iPhone-un əsas ekranını idarə edən proqram olan Springboard- un sıfırlanmasına səbəb olur və istifadəçini iPhone-un kilid ekranına aparır. Daha sonra isə iPhone-un yenidən işləməsi üçün bir neçə saniyə lazım gəlir.
         Parametrlər tətbiqində də eyni simvollar daxil edildikdə, Parametrlər proqramı çökür, lakin Spotlight axtarışına təsir etmir. Bu xəta, iOS 17iOS 18 ilə işləyən cihazlarda görülür, lakin bəzi istifadəçilər eyni versiyada problem yaşamadıqlarını bildirirlər. Çox güman ki, bu problem tezliklə buraxılması gözlənilən iOS 17.6.2-də həll olunacaq.
         Bu, iPhone-larda baş verən ilk xəta deyil. 2015-ci ildəki "Effective Power" xəta mesaj qəbul edildikdə Mesajlar proqramının sıradan çıxmasına və iPhone-un yenidən işə düşməsinə səbəb olurdu. Bu, daha ciddi problem idi, çünki kimsə sizə mesaj göndərməklə iPhone-unuzu dəfələrlə sıradan çıxara bilirdi. Apple, bu həftə aşkar edilən xəta ilə bağlı hələlik şərh verməyib.
    Paylaş