main-post-cover

    Youtube musiqiçilərin səslərini kopyalayan süni zəka texnologiyasını hazırlayır

    Proqram Təminatı
    Servislər
    20.10.2023
    Farid Pardashunas
         Youtube kontent müəllifləri üçün musiqiçilərin səslərini kopyalaya biləcək süni zəka əsaslı texnologiya üzərində çalışır. Lakin videoservis təmsilçilərinin səsyazma şirkətləri ilə apardıqları danışıqlar səbəbilə sözügedən texnologiyanın istifadəyə verilməsi ləngiyir. Youtube ilk öncə süni zəka əsaslı bu texnologiyanı 2022-ci ilin sentyabr ayında Made on Youtube tədbiri çərçivəsində təqdim etməyi planlaşdırırdı. Lakin nəticədə bu, baş vermədi. Sözügedən texnologiya ətrafında mövcud olan əsas müzakirələr monetizasiya və texnologiyanın əsasında dayanan süni zəka sisteminin təlimatlandırılması ilə bağlıdır.
         Musiqiçilər öz səslərinin istifadəsinə görə ödəniş əldə edəcəklərmi? Onlar layihədə iştirak etməkdən imtina edə biləcəklərmi? Youtube ilk əvvəl bu texnologiyanı seçilmiş musiqiçilər arasında test etmək niyyətindədir. Texnologiyanın işə salınmasında ləngimələrə baxmayaraq səsyazma şirkətləri bu ideyaya müsbət yanaşırlar. Belə ki, onlar bu mövzuda süni zəkanın istifadəsində böyük potensial görürlər. Digər tərəfdən mütəxəssislər bildiriblər ki, sözügedən texnologiyanın inteqrasiyası prosesində Youtube hüquqi problemlər ilə qarşılaşa bilər. Buna görə də videoservis intellektual mülkiyyət hüququ və kontentin lisenziyalaşdırılması mövzularındakı məsələləri həll etməlidir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Tənzimlənməyən süni zəka iqtisadi böhrana səbəb ola bilər
    tenzimlenmeyen-suni-zeka-iqtisadi-bohrana-sebeb-ola-biler
    Baidu şirkəti özünün Ernie adlı süni zəka modelinin 4.0 versiyasını təqdim edib
    baidu-sirketi-ozunun-ernie-adli-suni-zeka-modelinin-40-versiyasini-teqdim-edib
    Süni zəka əsaslı çat-botlar bioloji hücumların planlaşdırılmasında yardımçı ola bilirlər
    suni-zeka-esasli-cat-botlar-bioloji-hucumlarin-planlasdirilmasinda-yardimci-ola-bilirler
    Süni zəka artıq yaxın illərdə şüura sahib ola bilər
    suni-zeka-artiq-yaxin-illerde-suura-sahib-ola-biler