Ağalı kəndinin məktəbliləri yeni tədris ilinə Azercell ilə birlikdə başlayır!

Ağalı kəndinin məktəbliləri yeni tədris ilinə Azercell ilə birlikdə başlayır!

Reklam və Marketinq
15.09.2023 PAYLAŞIM

    Bakı. 15.09.2023. “Azercell Telekom” MMC-nin əməkdaşları Zəngilan rayonunun Ağalı kəndində azyaşlı sakinləri yeni dərs ilinin başlanması münasibətilə təbrik etdi.

    Azercell-in Ağalı kəndində fəaliyyət göstərən rəsmi satış və servis mərkəzinin qarşısında həyata keçirilən tədbirdə təhsilə marağın daha da artırılması üçün şirkət tərəfindən şagirdlərə məktəb ləvazimatları təqdim edildi. “Azercell könüllüləri”nin təşəbbüsü ilə məktəb yaşına qədər uşaqlara da müxtəlif hədiyyələr verildi. Həmçinin bütün tədbir iştirakçılarına internet paketləri hədiyyə olundu.


    Tədbir çərçivəsində uşaqlar üçün musiqili əyləncə proqramı və müsabiqələr də keçirildi. 

    Xatırladaq ki, “ağıllı kənd” konsepsiyası ilə tikilən Ağalı kəndində 2022-ci ilin iyunundan etibarən, Şuşa şəhərində isə ötən ilin avqust ayından bəri “Azercell Telekom” MMC-nin rəsmi satış və xidmət məntəqəsi fəaliyyət göstərir. Yüksək standartlara uyğun müştəri xidmətləri üçün bütün şərait və ən müasir avadanlıqlarla təmin olunmuş məntəqələrdə əksər abunəçi əməliyyatları icra olunur.

    “Azercell Telecom” MMC işğaldan azad edilmiş ərazilərdə mobil telekommunikasiya infraskturunu quran ilk operatordur. Bu əraziləri keyfiyyətli şəbəkə ilə əhatə etmək, doğma torpaqlara qayıdan vətəndaşların həyatını mobil bağlantı vasitəsilə daha rahat və çevik etmək üçün bu günə kimi Azercell Qarabağ və ətraf rayonlarda 100-dən çox baza stansiyası quraşdırıb və bu istiqamətdə işləri davam etdirir.



DAHA ÇOX


"Azercell Telekom” MMC yeni iPhone 15 smartfonlarını rəsmi olaraq təqdim ed..

Yeni bağlantı imkanları və innovasiyaları Azercell-in sərfəli kampaniyası ilə birlikdə kəşf edin..


“Kontakt”da “iPhone 15” növbəsi – BİR GECƏYƏ REKORD SATIŞ EDİLDİ..

Bu gündən etibarən çox gözlənilən “iPhone 15” seriyasının ölkəmizdə rəsmi satışlarına başlanılıb. ..


Gənclərimiz Türkiyədə ölkəmizi uğurla təmsil etdilər

Azercell-in dəstəyi ilə kibertəhlükəsizlik sahəsində ixtisaslaşmış 10 gənc mütəxəssis Türk Telekom-u..


"Qızlara ağ yaraşır” Qran-pri mükafatı qazandı

Azercell və Azərbaycan Jüdo Federasiyasının sosial kampaniyası “Ad Black Sea” beynəlxalq festivalınd..


Azercell-in dəstəklədiyi milli komanda Yeniyetmələrin Avropa İnformatika Olimipa..

8-14 sentyabr 2023-cü il tarixlərində Gürcüstan Respublikasının Kutaisi şəhərində Yeniyetmələrin Avr..


"Kontakt"da bol fürsətli "Payızlıq Təkliflər" kampaniyası – ..

“Kontakt” mağazalar şəbəkəsi payızın gəlişinə özəl bütün mağazalarında “Payızlıq Təkliflər” kampaniy..

×