Azərbaycan komandası ilk dəfə Avropa Qızlar İnformatika Olimpiadasında!

Azərbaycan komandası ilk dəfə Avropa Qızlar İnformatika Olimpiadasında!

Reklam və Marketinq
11.10.2022 PAYLAŞIM

    Azərbaycanlı məktəblilər “Azercell Telekom” MMC-nin dəstəyi ilə ilk dəfə “EGOI 2022” - Avropa Qızlar İnformatika Olimpiadasında iştirak edəcəklər. 16-23 oktyabr 2022-ci il tarixində Türkiyənin Antalya şəhərində təşkil olunacaq beynəlxalq müsabiqədə ölkəmiz dörd məktəbli qızdan ibarət komanda ilə təmsil olunacaq.  

    Komandada Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyində olan Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdləri Nəzrin Qasımova (9-cu sinif) və Fidan Qarayeva (11-ci sinif), həmçinin Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyində olan Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdləri Fidan Hüseynova (11-ci sinif) və Leyla Hacızadə (9-cu sinif) təmsil olunurlar. Məktəblilər informatika üzrə Respublika Fənn Olimpiadalarının finalçıları arasından seçiliblər. Yarışmada komanda üzvlərini iki təlimçi müşayiət edəcək.


    Proqramlaşdırma üzrə yeni yarışma olan “EGOI 2022” - Avropa Qızlar İnformatika Olimpiadası ilk dəfə ötən ilin iyununda İsveçrədə keçirilib. Beynəlxalq İnformatika Olimpiadasına oxşar qaydalar əsasında təşkil olunan bu yarışmanın gənc xanım iştirakçıları təqdim olunan tapşırıqları effektiv alqoritmlər hazırlayaraq həll etməlidirlər.

    “Azercell Telekom” MMC 2017-ci ildən etibarən Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində məktəblilərin informatika üzrə beynəlxalq yarışlara hazırlıq prosesində iştirak edir. Lider mobil operator İnformasiya Texnologiyaları sahəsi üzrə təhsilə dəstək, indi isə artıq qızların da informatika fənninə qarşı marağının artırılması, onların İKT sahəsinə cəlb olunaraq  gələcək mütəxəssis kimi yetişdirilməsi baxımından bu əməkdaşlığa olduqca yüksək qiymət verir. Qeyd edək ki, şirkət qızların potensial və bacarıqlarını üzə çıxarmaq məqsədilə müxtəlif tədbirlər keçirir, önəmli sosial layihələrə imza atır.

    Azercell bütün məktəbli qızları və onların valideynlərini qarşıdan gələn 11 oktyabr Beynəlxalq Qızlar Günü münasibəti ilə təbrik edir, daima inkişaf yolunda uğurlar arzulayır!

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Gənc qadınlar Azercell-in dəstəyilə startap qurur

"Her Improvement" layihəsinin birinci mərhələsi sona çatdı


Şəbəkənin genişləndirilməsi və modernləşdirilməsi nəticəsində Azercell-in intern..

“Azercell Telekom” MMC şəbəkəsinin əhatə dairəsini ən innovativ texnologiyalar vasitəsilə genişləndi..


Yardıma ehtiyacı olan 2000-dən çox qadın 'Qadın Qaynar Xətti'nə müraciət edib..

Azercell-in təşəbbüsü ilə yaradılan qaynar xətt ilk 6 aylıq fəaliyyətinin nəticələrini açıqladı..


Bakıda qızların STEM təhsilinə və gələcək fəaliyyətinə həsr olunmuş festival keç..

QadinFest və “Women in Tech” platformalarının təşkilatçılığı ilə 28-29 yanvar,  saat 12:00-18:00-dək..


Azercell 4G Naxçıvanda!

Lider mobil operator Naxçıvan Muxtar Respublikasını 4G şəbəkəsi ilə əhatə edir


Azercell-in peşəkarları 'İT-Akademiya'sının tələbələri ilə öz təcrübələrini bölü..

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazir..

×