Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi Azercell-i təltif etdi

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi Azercell-i təltif etdi

Reklam və Marketinq
18.01.2023 PAYLAŞIM

    Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin (MPK) 2022-ci il ərzində fəaliyyətinin yekunlarına həsr olunan tədbirdə “Azercell Telekom” MMC-nin Milli Paralimpiya Komandasının məğrur tərəfdaşı qismində göstərdiyi dəstək xüsusi qeyd olunub. Bu əməkdaşlıq sayəsində əldə edilmiş nailiyyətlər nəzərə alınaraq, ölkənin lider mobil operatoru MPK tərəfindən “Ulduz tərəfdaş” mükafatı ilə təltif olunub. 

    2014-cü ildən etibarən Azercell-in dəstəyilə fəaliyyət göstərən Azərbaycan Uşaq Paralimpiya Komitəsi indiyədək sağlamlıq imkanları məhdud olan 200-ə yaxın uşaq və yeniyetməni öz ətrafına toplaya bilib. Burada uşaqlar peşəkar məşqçilərin köməyilə 10 idman növü - cüdo, üzgüçülük, para-taekvando, pauerliftinq, boccia, qolbol, stolüstü tennis, əlil arabasında idman rəqsləri, dağ xizəyi və snoubord ilə məşğul olur, kütləvi idman tədbirləri, yerli və beynəlxalq əhəmiyyətli yarışlarda iştirak edirlər.


    Qeyd edək ki, Uşaq Paralimpiya Komitəsi beynəlxalq təcrübədə ilk dəfə olaraq 2013-cü ildə Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin nəzdində yaradılıb. Sağlamlıq imkanları məhdud uşaqların abilitasiya və reabilitasiya yolu ilə cəmiyyətə inteqrasiyasına yardım edən komitə 10 illik yubileyi münasibətilə 2023-cü ildə Bakı və regionlarda silsilə tədbirlərin keçirilməsini nəzərdə tutub. 

    "Azercell Telekom” MMC bu mühüm missiyanı dəstəkləməklə ölkəmizdə bütün uşaqların fiziki sağlamlığı və inkişafının bərabər şəkildə təmin olunmasına öz töhfəsini verir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Gənc qadınlar Azercell-in dəstəyilə startap qurur

"Her Improvement" layihəsinin birinci mərhələsi sona çatdı


Şəbəkənin genişləndirilməsi və modernləşdirilməsi nəticəsində Azercell-in intern..

“Azercell Telekom” MMC şəbəkəsinin əhatə dairəsini ən innovativ texnologiyalar vasitəsilə genişləndi..


Yardıma ehtiyacı olan 2000-dən çox qadın 'Qadın Qaynar Xətti'nə müraciət edib..

Azercell-in təşəbbüsü ilə yaradılan qaynar xətt ilk 6 aylıq fəaliyyətinin nəticələrini açıqladı..


Bakıda qızların STEM təhsilinə və gələcək fəaliyyətinə həsr olunmuş festival keç..

QadinFest və “Women in Tech” platformalarının təşkilatçılığı ilə 28-29 yanvar,  saat 12:00-18:00-dək..


Azercell 4G Naxçıvanda!

Lider mobil operator Naxçıvan Muxtar Respublikasını 4G şəbəkəsi ilə əhatə edir


Azercell-in peşəkarları 'İT-Akademiya'sının tələbələri ilə öz təcrübələrini bölü..

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazir..

×