Reklam
Azercell abunəçiləri üçün Qarabağ Dirçəliş Fonduna birbaşa ianə imkanı yaradıldı

Azercell abunəçiləri üçün Qarabağ Dirçəliş Fonduna birbaşa ianə imkanı yaradıldı

Reklam və Marketinq
17.09.2021 PAYLAŞIM

    "Azercell Telekom" MMC Qarabağın dirçəliş prosesində iştirak edib, işğaldan azad edilmiş ərazilərin yenidən qurulması istiqamətində görüləcək tədbirlərə dəstək olmaq istəyən abunəçilərinə Qarabağ Dirçəliş Fonduna ianə etmək üçün xüsusi imkan yaradıb. Sadəcə bir SMS-lə Qarabağda bütün sahələrdə bərpa-quruculuq və abadlıq işlərinin aparılması üçün Fonda ianə etmək mümkündür. 

    Abunəçilər mobil telefondan 8112 qısa nömrəsinə 1, 3, 5, 10, 20, 50 rəqəmlərini yazıb  SMS göndərməklə öz balanslarından 1 AZN, 3 AZN, 5 AZN, 10 AZN, 20 AZN və 50 AZN məbləğində ianə edə bilərlər. 


    SMS-lərin göndərilməsi üçün abunəçilərdən xidmət haqqı tutulmur!

    Qarabağ Dirçəliş Fondu Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərilməsi və sərmayələrin cəlb edilməsi istiqamətində fəaliyyət göstərir. (https://qdf.gov.az)  

    “Azercell Telekom” MMC abunəçiləri üçün bu imkanı yaratmaqla hər kəsi Qarabağda aparılan quruculuq işlərini dəstəkləməyə, bu mühüm missiyanın bir parçasına çevrilməyə çağırır.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Cehiz almaq üçün 'Kontakt Home'a gəldi, 'Şeş-Qoşa' kampaniyasından avtomobil qaz..

Hər il on minlərlə insanı qazandıran “Şeş-Qoşa” kampaniyasında artıq dördüncü avtomobil uduldu...


Nə üçün Samsung Galaxy S22 Ultra? Yeni flaqmanı ələ indi əldə etmək üçün 6 səbə..

Bu yaxında texnologiyalar üzrə dünya nəhəngi olan Samsung tərəfindən təqdim olunan yeniliklər hər kə..


Bu yay rouminqdə Azercell-in tarifləri ilə ünsiyyətdə sərbəst ol!

Lider mobil operator Sərbəst 50 və Sərbəst 75 tarif paketlərinin fakturalı xətt istifadəçilərinə rou..


Samsung Galaxy S21 FE smartfonunu xüsusi aksiya çərçivəsində əldə etmək fürsətin..

Smartfon almağı düşünürsünüz? Galaxy S21 FE-yə daha yaxından nəzər salın.


Azercell məhsulları artıq Azərpoçt məntəqələrində!

Azərpoçt-un Bakı və Abşeron məntəqələrində təqdim edilən Azercell xidmətləri yaxın gələcəkdə bütün ş..

×