Azercell-dən Gəncədə olan abunəçilərə dəstək

Azercell-dən Gəncədə olan abunəçilərə dəstək

Reklam və Marketinq
18.10.2020 PAYLAŞIM

    “Azercell Telekom” şirkəti oktyabrın 17-də  gecə saatlarında Gəncə şəhərinin mərkəzində yaşayış məhəlləsinin raket atəşinə tutulması, dinc insanların ölümü və yaralanması xəbərinə hədsiz kədərləndiyini bildirir.

    Müstəqilik tariximizdə yaşadığımız ən gərgin və ağır dövrdə vətəndaşlarımızın yanında olan Azercell bu dəfə Gəncədəki abunəçilərinə rabitə dəstəyi göstərib. Bu məqamda Gəncədə olan insanların  daha çox telefon zəngləri etdiyini nəzərə alaraq, Azercell şirkəti hazırda bu şəhərdə olan bütün abunəçilərinin balansına bütün istiqamətlərdə zənglər üçün 50 dəqiqə və 50 SMS yükləyib. 


    Ümid edirik ki, bu, Gəncədə olan vətəndaşlarımızın rabitə qayğılarının nisbətən aradan qaldırılmasına yardımçı olacaq.

    Xatırladaq ki, erməni təxribatlarına cavab olaraq rəşadətli ordumuzun əks-həmlə əməliyyatına başladığı ilk andan Azercell şirkəti xalqımızın, dövlətin və silahlı qüvvələrimizin yanında olub. 

    Azercell şirkəti orduya dəstək məqsədilə Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna 1 milyon manat ianə edib. Bundan əlavə, əsgərlərimizlə yanaşı ağır informasiya müharibəsində savaşan jurnalistlərə, cəbhə bölgəsinə ezam edilmiş müxtəlif KİV işçilərinin hamısının balansına Azercell 100 manat köçürüb.

    Azercell şirkəti bir daha bu kədərli anlarda Gəncədə raket hücumu nəticəsində həlak olan vətəndaşlarımızın ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, onlara səbir diləyir. Yaralılara isə tez sağalmalarını arzulayır.

    Hazırda qələbə naminə ön cəbhədə döyüşən şanlı ordumuz Azərbaycan bayrağını artıq Füzulidə dalğalandırdı! Cəsur əsgər və zabitlərimizə ruh yüksəkliyi və cansağlığı arzu edirik!

    Qarabağ Azərbaycandır! Yaşasın Azərbaycan ordusu! Qarabağa #gəlirik!

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Gəncə məktəblisi İnformatika fənni üzrə beynəlxalq yarışmada bürünc medal qazand..

Azercell-in dəstəyilə hazırlıq keçən Azərbaycan komandası uğurlu nəticələr nümayiş etdirir ..


Kontakt Home əmək qabiliyyətini itirmiş hərbçilərin kredit borclarını ləğv edir..

Kontakt Home mağazalar şəbəkəsi II Qarabağ müharibəsində yaralanaraq əmək qabiliyyətini itirmiş hərb..


'Cyber Monday' endirimləri nədir? Azərbaycanda tətbiq olunurmu?

Bütün dünyada keçirilən Cyber Monday endirim günü nədir? Azərbaycanda da tətbiq olunurmu?


iPhone 12 Pro Max və iPhone 12 Mini Azercell Eksklüziv mağazalarında!

Lider mobil operator iPhone pərəstişkarları üçün yeni kampaniya təqdim edir


Azercell-in Mobil Göz Klinikası BMT-nin təşəbbüsü ilə məcburi köçkünlər üçün aks..

Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park” qəsəbəsində baş tutan aksiyada..


299 manata paltaryuyan? – Kontakt Home-dan əsl Black Friday təklifləri

Nağd alışda 60%-dək meqa endirimlər və ya kreditlə alışda ilkin ödənişsiz, 24 ayadək faizsiz şərtlər..

×