Azercell-in 4G şəbəkəsi Naxçıvan şəhərini əhatə etdi!

Azercell-in 4G şəbəkəsi Naxçıvan şəhərini əhatə etdi!

Reklam və Marketinq
26.05.2023 PAYLAŞIM

    “Azercell Telekom” MMC şəbəkəsinin modernləşdirilməsi və genişləndirilməsi üzrə irimiqyaslı layihəsi çərçivəsində artıq Naxçıvan şəhərini də öz 4G əhatə dairəsinə daxil etdi.  Bu bölgədə aparılan işlər hazırda davam edir və 2023-cü il ərzində lider mobil operator Naxçıvan Muxtar Respublikasının bütün ərazisini 4G şəbəkəsi ilə əhatə etməyi planlaşdırır.

    Qeyd edək ki, 4G texnologiyasını dəstəkləməyən sim kart istifadəçiləri nömrələrini istənilən Azercell satış və ya xidmət mərkəzinə yaxınlaşaraq heç bir əlavə ödəniş etmədən yeni sim kart ilə dəyişə və üstündə 5GB həcmində yenilənməyən internet paket də hədiyyə ala bilərlər. Ətraflı məlumat üçün: 4G


    Xatırladaq ki,  Azercell ötən ilin avqust ayından etibarən infrastrukturunu ölkə boyu genişləndirir və gücləndirir. Bu müddət ərzində şirkət ümumilikdə  126 yeni 4G baza stansiyasını quraşdırıb, 1200-dən çox baza stansiyasında təkmilləşdirmə işləri aparıb. Yeni quraşdırılan və modernləşdirilən baza stansiyalar paytaxt Bakı və Abşeron ilə yanaşı, Azərbaycanın bölgələrini də əhatə edib. 

    Mobil şəbəkə layihəsi çərçivəsində Azercell Azərbaycanda 300-dən çox yeni baza stansiyasını quraşdırmağı və 1600-ə yaxın mövcud baza stansiyasında təkmilləşdirmə işləri aparmağı planlaşdırır.



DAHA ÇOX


Çempionatlar oyun sammitində elan edildi

"GameSummit" tədbiri çərçivəsində keçiriləcək oyun çempionatları haqqında məlumatları rəsm..


'Azercell Telekom' MMC-nin Müştəri Məmnuniyyəti Sistemi beynəlxalq qiymətləndirm..

Ölkənin aparıcı mobil operatorunun beynəlxalq ISO 10002:2018 sertifikatına uyğunluğu növbəti dəfə tə..


'Kontakt'da 50%-dək endirimli 'Sevinc cərəyanı' başladı + 'ŞEŞ-QOŞA' AT ELEKTROM..

“Kontakt” bütün mağazalarında eksklüziv fürsətləri özündə birləşdirən “Sevinc cərəyanı” kampaniyasın..


'Azercell Telekom' MMC-nin tərəfdaşları ilə həyata keçirdiyi 'Uşaq Hüquqlarının ..

Silsilə tədbirlərdən ibarət layihə həssas qrupa aid olan uşaqları əhatə etdi


Azercell-in dəstəyi ilə keçirilən 'Her Improvement' layihəsi gənc qadınları texn..

Uzunmüddətli layihənin finalında iştirakçılar öz startaplarını münsiflər heyətinə təqdim etdilər..


İnnovativ mükəmməlliyin tanınması: Samsung 17-ci ildir ki, qlobal TV bazarına l..

Texniki təcrübəsi və sənayedə qabaqcıl yenilikləri ilə Samsung Electronics qlobal bazarda liderliyi ..

×