Azercell-in peşəkarları 'İT-Akademiya'sının tələbələri ilə öz təcrübələrini bölüşüblər

Azercell-in peşəkarları 'İT-Akademiya'sının tələbələri ilə öz təcrübələrini bölüşüblər

Reklam və Marketinq
23.01.2023 PAYLAŞIM

    Ölkənin lider mobil operatoru “Azercell Telekom”un mütəxəssisləri Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “İT-Akademiya” layihəsinin tələbələri üçün  "İT-də yeni mütəxəssislərin istiqamətləndirilməsi" və “Öz brendini yarat” kimi aktual mövzuları əhatə edən təlim-seminar proqramı ilə çıxış ediblər. 

    Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və  Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən “İT-Akademiya” layihəsinin bu təlimində 60-a yaxın tələbə iştirak edib.


    Tədbir çərçivəsində Azercell-in İnsan Resursları departamentinin Transformasiya və Təşkilatı İnkişaf üzrə eksperti,  Azercell Akademiyasının təlimçisi Vahidə Orucova və Azercell-in İnsan Resursları departamentinin Transformasiya üzrə konsultantı Fəxri Qurbanov iştirakçılara İT sahəsində uğurlu karyera qurmağın yolları və peşəkar inkişaf imkanları barədə məlumat təqdim edib, onları maraqlandıran sualları cavablandırıblar.

    Qeyd edək ki, fəaliyyət dövrü ərzində ölkədə yeni İT mütəxəssisləri nəslinin akademik və peşəkar inkişafına davamlı olaraq töhfə verən “Azercell Telekom” MMC bu istiqamətdə öz fəaliyyətini davam etdirəcək.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Gənc qadınlar Azercell-in dəstəyilə startap qurur

"Her Improvement" layihəsinin birinci mərhələsi sona çatdı


Şəbəkənin genişləndirilməsi və modernləşdirilməsi nəticəsində Azercell-in intern..

“Azercell Telekom” MMC şəbəkəsinin əhatə dairəsini ən innovativ texnologiyalar vasitəsilə genişləndi..


Yardıma ehtiyacı olan 2000-dən çox qadın 'Qadın Qaynar Xətti'nə müraciət edib..

Azercell-in təşəbbüsü ilə yaradılan qaynar xətt ilk 6 aylıq fəaliyyətinin nəticələrini açıqladı..


Bakıda qızların STEM təhsilinə və gələcək fəaliyyətinə həsr olunmuş festival keç..

QadinFest və “Women in Tech” platformalarının təşkilatçılığı ilə 28-29 yanvar,  saat 12:00-18:00-dək..


Azercell 4G Naxçıvanda!

Lider mobil operator Naxçıvan Muxtar Respublikasını 4G şəbəkəsi ilə əhatə edir


Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi Azercell-i təltif etdi

Ölkənin lider mobil operatoru “Ulduz tərəfdaş” mükafatına layiq görüldü

×