Reklam
Azercell öz şəbəkəsinin genişləndirilməsini yüksək templə davam etdirir

Azercell öz şəbəkəsinin genişləndirilməsini yüksək templə davam etdirir

Reklam və Marketinq
05.09.2022 PAYLAŞIM

    Azercell Telekom şəbəkəsinin genişləndirilməsi və modernləşdirilməsinə dair işlərin ilk mərhələsini başa çatdırıb. Şirkət bu genişmiqyaslı layihəni avqust ayının əvvəlində həyata keçirməyə başlayıb və bu müddət ərzində Beyləqan, Ağcabədi, Lerik, Qusar, Quba, Füzuli, Astara, Şəki və Yardımlıda quraşdırılmış 250 baza stansiyasında təkmilləşdirmə işləri aparıb. 

    Şirkət qeyd olunan rayonlarda abunəçilərini daha da keyfiyyətli bağlantı və yüksəksürətli mobil internet xidmətləri ilə təmin etməyə müvəffəq olub. Bunun sayəsində Azercell müştəriləri mobil tətbiqlər, təhsil platformaları, sosial şəbəkələr, videozənglər, videokonfranslar və digər rəqəmsal xidmətlərdən praktiki istifadə təcrübəsini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaqlar.


    Layihə çərçivəsində lider mobil operator müştərilərinin sürətlə artan ehtiyaclarını qarşılamaq və gözləntilərini üstələmək məqsədi ilə növbəti 18 ay ərzində bütün respublika boyunca 300-dən çox yeni radio baza stansiyası quraşdıracaq və 1600-ə yaxın mövcud baza stansiyanı təkmilləşdirəcək.

    İşğaldan azad olunmuş ərazilərdə də keyfiyyətli mobil rabitə şəbəkəsinin genişləndirilməsini diqqət mərkəzində saxlayan Azercell təkcə Laçın rayonunda 11 baza stansiyası quraşdırıb və artıq Zabux, Sus və digər kəndlərdə mobil rabitə xidmətləri göstərməyə başlayıb. 

    Onu da vurğulamaq lazımdır ki, işğaldan azad edilmiş torpaqlarda ilk mobil infrastrukturu məhz Azercell qurub. Şirkətin şəbəkəsi Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Kəlbəcər rayonlarını, İstisu, Hadrut, Suqovuşan qəsəbələrini, həmçinin Xocavənd və digər rayonların kəndlərini əhatə edir.

    Ümumilikdə, Azercell qeyd olunan regionlarda artıq 80-dən çox radio baza stansiyası quraşdırıb və bu istiqamətdə fəaliyyətini davam etdirir.

    Azercell şirkəti şəbəkəsinin genişləndirilməsi və modernləşdirilməsi üzrə layihəsini həyata keçirildiyi müddət ərzində ictimaiyyətə mütəmadi olaraq görülən işlər haqda yeniliklər təqdim edəcək.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Məktəblilərimizdən Avropa İnformatika Olimpiadasında növbəti uğurlu nəticə..

Azercell-in dəstəyilə hazırlıq keçən şagirdlər medal və mükafata layiq görülüblər


'Kontakt'ın reklamı beynəlxalq festivalda qalib gəldi

Ümumilikdə 350-dən çox müraciətin dəyərləndirildiyi 11-ci “Red Jolbors” festivalında hər il Qazaxıst..


Lider mobil operator ən yaxın zamanda 5G şəbəkəsinin istifadəsinə hazırlaşır!..

Azercell şirkəti özünün “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik!” strateji məqsədinin va..


Uğurlu karyeraya Azercell-lə addımla!

Şirkət “Tələbə Təqaüdü 2023” proqramını elan edir


Gözəllik və güc: Galaxy Z Flip4 və Galaxy Z Fold4 haqqında növbəti qeydlər..

Samsung-un qatlanan smartfonları - Galaxy Z Flip4 və Galaxy Z Fold4 - 2022-ci ilin texnoloji yenilik..


Lider mobil operator Azərbaycanda ilk dəfə olaraq müştərilərin sərbəst dizayn ed..

“İstəSən” tarifi abunəçilərə öz ehtiyaclarına uyğun tarif paketi yaratmaq imkanı verir..

×