'Azercell Telekom' Azərbaycan Cüdo Federasiyası ilə əməkdaşlıqda genişmiqyaslı sosial layihəyə start verir!

'Azercell Telekom' Azərbaycan Cüdo Federasiyası ilə əməkdaşlıqda genişmiqyaslı sosial layihəyə start verir!

Reklam və Marketinq
22.05.2023 PAYLAŞIM

    Azərbaycan gənclərinin məğrur tərəfdaşı “Azercell Telekom” MMC və Azərbaycan Cüdo Federasiyasının ötən ildən başlayan əməkdaşlığı sosial kampaniya ilə davam edir.

    Layihənin məqsədi ölkəmizdə idmana olan marağı daha da artırmaq, cəmiyyətdə sağlam həyat tərzini təbliğ etməklə yanaşı, gündəmdə olan bir sıra mühüm sosial mövzuları da işıqlandırmaqdır.


    Azercell və Azərbaycan Cüdo Federasiyası ictimaiyyətə bu əməkdaşlığın məqsədini əks etdirən videoçarx təqdim ediblər. Sözügedən çarx həmçinin gəncləri yeni nailiyyətlərə həvəsləndirmək və çağırışlara açıq olmaq məqsədi daşıyır.  

    Kampaniya çərçivəsində cüdoçular sırasına qoşulmaq istəyən gənclərə Azərbaycan Cüdo Federasiyası tərəfindən əlavə imkanlar təqdim olunacaq və bu istiqamətdə fərqli aksiyalar keçiriləcək. 

    Silsilə tədbir və təşəbbüslərdən ibarət olacaq kampaniyaya əsaslı və hərtərəfli dəstək verməklə Azercell bir daha insan həyatının keyfiyyətinin həm texnoloji, həm də sosial baxımdan artırılmasına diqqət ayırmaq, cəmiyyətin inkişafına töhfə verən layihələrlə çıxış etmək niyyətindədir.



DAHA ÇOX


Çempionatlar oyun sammitində elan edildi

"GameSummit" tədbiri çərçivəsində keçiriləcək oyun çempionatları haqqında məlumatları rəsm..


'Azercell Telekom' MMC-nin Müştəri Məmnuniyyəti Sistemi beynəlxalq qiymətləndirm..

Ölkənin aparıcı mobil operatorunun beynəlxalq ISO 10002:2018 sertifikatına uyğunluğu növbəti dəfə tə..


'Kontakt'da 50%-dək endirimli 'Sevinc cərəyanı' başladı + 'ŞEŞ-QOŞA' AT ELEKTROM..

“Kontakt” bütün mağazalarında eksklüziv fürsətləri özündə birləşdirən “Sevinc cərəyanı” kampaniyasın..


'Azercell Telekom' MMC-nin tərəfdaşları ilə həyata keçirdiyi 'Uşaq Hüquqlarının ..

Silsilə tədbirlərdən ibarət layihə həssas qrupa aid olan uşaqları əhatə etdi


Azercell-in dəstəyi ilə keçirilən 'Her Improvement' layihəsi gənc qadınları texn..

Uzunmüddətli layihənin finalında iştirakçılar öz startaplarını münsiflər heyətinə təqdim etdilər..


İnnovativ mükəmməlliyin tanınması: Samsung 17-ci ildir ki, qlobal TV bazarına l..

Texniki təcrübəsi və sənayedə qabaqcıl yenilikləri ilə Samsung Electronics qlobal bazarda liderliyi ..

×