“Azercell”in "Qızlara ağ yaraşır" layihəsi ilin idman mükafatlarına layiq görüldü
Reklam və Marketinq
17.01.2024
Emil Nəcəfov
“Azercell”in Azərbaycan Cüdo Federasiyası ilə birlikdə ərsəyə gətirdiyi "Qızlara ağ yaraşır" sosial kampaniyası Milli Olimpiya Komitəsi tərəfindən “İlin ən yaradıcı layihəsi” seçildi. Layihəyə Milli Olimpiya Komitəsinin Azərbaycanda idmanın inkişafına töhfə verən təşkilatlar üçün ilk dəfə təsis etdiyi mükafat təqdim edildi.Sosial kampaniya həmçinin Gənclər və İdman Nazirliyi tərəfindən də mükafatlandırıldı. “Qızlara ağ yaraşır” layihəsi nazirliyin 2023-cü ilin idman yekunlarına həsr olunmuş qala mərasimində “İlin ən yaxşı idman filmi” kateqoriyası üzrə ikinci oldu. Qeyd edək ki, “Azercell” və Azərbaycan Cüdo Federasiyasının birlikdə imza atdığı bu sosial kampaniyanın əsas məqsədi qızları cüdo ilə məşğul olmağa həvəsləndirərək onları sağlam və fəal həyat tərzi yaşamağa təşviq etmək, həmçinin erkən nikahlara qarşı mübarizə aparmaq idi.Kampaniya çərçivəsində Azərbaycan Cüdo Federasiyasının məktəbləri və bölmələri olan bölgələrdə qeydiyyatdan keçən 7-14 yaşlı ilk 1000 qıza cüdoqi və 1 ay ödənişsiz məşq hədiyyə olunub.
“Qızlara ağ yaraşır” layihəsi haqqında ətraflı məlumat əldə etmək üçün:
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Azercell keyfiyyətin idarə olunması üzrə beynəlxalq sertifikata layiq görüldü
Azercell keyfiyyətin idarə olunması üzrə beynəlxalq sertifikata layiq görüldü
Mobil operator ISO 10004:2018 standartına uyğunluğunu bir daha təsdiq etdi
“Azercell” artıq Laçındadır!
“Azercell” artıq Laçındadır!
Lider mobil operator Qarabağda sayca üçüncü rəsmi mağazasını Laçında abunəçilərin istifadəsinə verdi
“AZERCELL CUP” qaliblərinin mükafatlandırma tədbiri keçirildi
“AZERCELL CUP” qaliblərinin mükafatlandırma tədbiri keçirildi
Lider mobil operator istedadlı gəncləri kəşf etməyə və dəstəkləməyə davam edir
Azercell Yeni il öncəsi yenilənmiş rouminq xidmətini təqdim edir
Azercell Yeni il öncəsi yenilənmiş rouminq xidmətini təqdim edir
Lider mobil operator 160 ölkədə 390-dən çox şəbəkədə rouminq xidməti təklif edir
Azercell-dən yenilik: eSIM “Asan İmza” – rahat və təhlükəsiz!
Azercell-dən yenilik: eSIM “Asan İmza” – rahat və təhlükəsiz!
Azercell “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədini rəhbər tutaraq vətəndaşlar, sahibkarlar və dövlət qurumlarının əməkdaşları üçün eSIM “Asan İmza” xidmətini təqdim edir
Həftənin xəbərləri
WhatsApp-da səsli mesajları sevməyənlər üçün faydalı funksiya istifadəyə verilib
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!