Bakıda qızların STEM təhsilinə və gələcək fəaliyyətinə həsr olunmuş festival keçiriləcək!

Bakıda qızların STEM təhsilinə və gələcək fəaliyyətinə həsr olunmuş festival keçiriləcək!

Reklam və Marketinq
24.01.2023 PAYLAŞIM

    QadinFest və “Women in Tech” platformalarının təşkilatçılığı ilə 28-29 yanvar,  saat 12:00-18:00-dək Bakı Dəniz Vağzalı (Nefçilər pr.62) nəzdində İncəsənət Mərkəzində “Qadınlar STEM”də adlı möhtəşəm Festival keçiriləcək!

    STEM-Science (Təbiət elmləri), Technology (Texnologiya), Engineering (Mühəndislik) və Math (Riyaziyyat) sözlərinin ilk hərflərinin birləşməsindən yaranmışdır. Siz əlbəttə ki, festival nə üçün “Qadınlar STEM-də” adlanır deyə soruşacaqsınız, axı bu sahədə həm kişi, həm də qadın mütəxəssisləri çalışır? Əlbəttə, bəli! Festivalın qapıları hər kəs üçün açıqdır. Lakin, nəzərinizə çatdırmaq istərdik ki, qadınlar bu sahələrdə cəmi 30% təmsil olunurlar. Ona görə festival öz adı ilə bu suala diqqət çəkilməsi məqsədi daşıyır!


    Festival təşkilatçıları STEM haqqında heç bir məlumatı olmayanlara STEM sahələri haqqında danışmaq, tələbə və gənc mütəxəssislərə iş tapmaq və xeyirli insanlarla əlaqə yaratmağa kömək etmək, həmçinin STEM-ə daha çox uşaq cəlb etmək üçün onlara festivalda əla əylənmək üçün şərait yaratmalarını qarşılarına məqsəd olaraq qoymuşlar!

    Festivaldan nə gözləyək?

- Çox maraqlı spikerlərin səmimi və möhtəşəm çıxışları.

    Siyahı ilə burada tanış ola bilərsiniz:
    https://bit.ly/3R6j0vV 

- Xeyirli tanışlıqlar və işə düzəlmə imkanı, çünki festival çərçivəsində əmək yarmarkası keçiriləcək. Öz CV-nizi gətirin.

- Böyük uşaq meydançası, harada uşaqları qeyri-adi master-klasslar gözləyir, hansılara ki, digər vaxtlarda yüksək ödənişlərə və yer məhdudiyyətinə görə düşmək çox çətindir.

    Tədbirdə rəsmi şəxslərin qeyri-rəsmi nitqlərini dinləmək və sizi maraqlandıran sualları vermək üçün möhtəşəm imkandır.

    Bütün çıxışlar Azərbaycan dilindədir.

    Tədbir hamı üçün açıqdır, giriş sərbəstdir, qeydiyyatdan keçin ki, izdihamda gözləməyəsiniz, ailənizlə, övladlarınızla və dostlarınızla gəlin! Çox maraqlı və səmərəli olacaq!

    Festivalda iştirak etmək üçün qeyd edilən linklərdən keçməyiniz xahiş olunur:

    Uşaq ərazisi üçün:
    https://bit.ly/3QIanHL 

    Çıxış edənləri dinləmək üçün:
    https://bit.ly/3XfCReh 

    Festivalda iştirak ödənişsizdir!

    Bizim tərəfdaşlarımız olmasaydı belə bir tədbir mümkün olmazdı!

    Tədbirin təşkil olunmasında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Bakı Limanı, BP, SOCAR, SOCAR CAPE, Always,  Developia-ya xüsusi təşəkkürümüzü bildiririk.

    İlin ən maraqlı və faydalı tədbirlərinin birində görüşənə qədər!

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Gənc qadınlar Azercell-in dəstəyilə startap qurur

"Her Improvement" layihəsinin birinci mərhələsi sona çatdı


Şəbəkənin genişləndirilməsi və modernləşdirilməsi nəticəsində Azercell-in intern..

“Azercell Telekom” MMC şəbəkəsinin əhatə dairəsini ən innovativ texnologiyalar vasitəsilə genişləndi..


Yardıma ehtiyacı olan 2000-dən çox qadın 'Qadın Qaynar Xətti'nə müraciət edib..

Azercell-in təşəbbüsü ilə yaradılan qaynar xətt ilk 6 aylıq fəaliyyətinin nəticələrini açıqladı..


Azercell 4G Naxçıvanda!

Lider mobil operator Naxçıvan Muxtar Respublikasını 4G şəbəkəsi ilə əhatə edir


Azercell-in peşəkarları 'İT-Akademiya'sının tələbələri ilə öz təcrübələrini bölü..

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazir..


Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi Azercell-i təltif etdi

Ölkənin lider mobil operatoru “Ulduz tərəfdaş” mükafatına layiq görüldü

×