Reklam
'Bang & Olufsen' brendinin 'Beoplay EX'  naqilsiz qulaqlıqları səmərəlilik və üslübun misilsiz vəhdətidir

'Bang & Olufsen' brendinin 'Beoplay EX'  naqilsiz qulaqlıqları səmərəlilik və üslübun misilsiz vəhdətidir

Reklam və Marketinq
04.06.2022 PAYLAŞIM

    Danimarkanın “Bang & Olufsen” lüks səs brendi səsboğucu xüsusiyyətə malik, tamamilə naqilsiz ən universal “Beoplay EX” qulaqlıqlarını təqdim edib. 

    Ən yüksək keyfiyyətli səs imkanlarına malik yeni model daha kompakt və rahatdır. Tutqun rəngli alüminiumdan hazırlanmış korpusu şüşə haşiyəyə malikdir və “Anthracite Oxygen”, Gold Tone” və “Black Anthracite” rənglərində təqdim olunub. “Bang&Olufsen” brendinin “Beoplay EX”  naqilsiz qulaqlıqlarının diqqətəlayiq və maraqlı xüsusiyyətləri haqqında aşağıdakı materialda tanış ola bilərsiniz. 


 

    Ən yüksək keyfiyyətli səs 

    Qulaqlıqlar əvvəlki tək əla səslənməni təmin edir! “Beoplay EX” qulaqlıqlarının ideal səsboğucu xüsusiyyəti ictimai nəqliyyatın səsini elə batırır ki, gəzintidə olarkən özünü musiqili vakuumda hiss edirsən. Onlardan evdə və digər sakit yerlərdə də istifadə etmək xoş təəssürat yaradır. Eyni zamanda, şəffaflıq rejimi sayəsində hərəkət edərkən bir toxunuşla tam təhlükəsizliyi təmin edə bilərsiniz. Bundan əlavə, onunla hətta küləkli havada belə əla əlaqə keyfiyyəti əldə edəcəksiniz. Belə ki, sistem səsi ətraf mühitdəki dəyişikliklərə uyğunlaşdırmaq imkanına malikdir. Onu da qeyd edək ki, hər bir qulaqcığın 3 mikrofonla təchiz edilməsi telefon danışıqları zamanı səs keyfiyyətini artırmağa imkan verir.

- Dinamik diametri 9,2 mm

- Tezlik diapazonu 20-20,000 Ghz

 

    Yeni dəbli xarici görünüş

    Köhnə dizaynların dəyirmi və qabarıq dizaynı artıq keçmişdə qaldı. Onları xeyli fərqli yeni dizayn əvəz edib. B&O-nun köhnə qulaqlıqları ilə müqayisədə daha kiçik içliyə malik yenilənmiş dizayn qulaqda möhkəm və rahat oturuşu təmin edir və “ayaq” funksiyasını daşıyır. 

    Hər bir qulaqlığın xaricində üzərində B&O loqosu əks olunmuş şüşə haşiyə “Beoplay EX” sahibini ümumi kütlədən fərqləndirir. Qulaqlıqların donuq işləməli metal qutuda təqdim olunması onlara sanballı görkəm bəxş edir. Qulaqlıqlar qulaqda möhkəm və etibarlı oturduğundan onların düşməsindən narahat olmağa dəyməz. Qeyd edək ki, qutu naqilsiz şəbəkə ilə enerji toplayır, bununla belə, naqillə cərəyana qoşmaq üçün USB-C ilə də təmin edilib. 

    “Beoplay EX”in yenilənmiş dizaynının çəkisi cəmi 65 qramdır (qulaqlıqlar və qutu). 

 

    Əsas xususiyyətləri

    “Beoplay EX” özünəməxsus ANC – səsboğucu funksiyaya malikdir. 

    Yeni modelin daha bir fərqləndirici xüsusiyyəti hər bir qulaqlığın şüşə səthində yerləşən rahat sensorlu idarəetmə elementləri vasitəsilə rejimlər arasında asan keçid etmək imkanı, B&O-nun yaratdığı, istifadəsi rahat olan və həm “iOS”, həm də “Android”ə uyğun əlavə tətbiqdir. 

    “Beoplay EX” modeli  IP57 standartlarına uyğun toz və rütubətdən müdafiə ilə təmin olunmuşdur. 

    “Bluetooth 5.2” kontrolleri smartfon və ya digər mobil cihazla naqilsiz məlumat mübadiləsini həyata keçirir, hətta 2 cihaza eyni zamanda qoşula bilir. 

    Səsboğucu rejimdə batareyanın avtonom iş rejimi 6 saat (rejim aktiv olmadıqda 8 saat), enerji qutusundan istifadə edildikdə isə 20 saatadəkdir. 

    Azərbaycanda “Bang & Olufsen” brendinin “Beoplay EX” qulaqlıqlarını aşağıdakı mağazalardan əldə edə bilərsiniz: 

    Alma Store

    Kontakt Home

    “Bang & Olufsen” 1925-ci ildə Danimarkanın Struer şəhərində əsası qoyulmuş lüks səs brendidir. Şirkətin yaradıcıları olan Piter Banq və Svend Olufsenin yanaşması və işə sadiqliyi indiyədək şirkətin fəlsəfəsinin əsasını təşkil edir.

    Təxminən bir əsrə yaxın müddətdir ki, “Bang & Olufsen” şirkəti səs texnologiyaları haqqında təsəvvürləri genişləndirir və akustik innovasiyaların ön cərgəsində qalmaqda davam edir. Şirkətin məhsulları bu gün də gözəl musiqinin, zamanı qabaqlayan dizaynın və təkraredilməz yaradılma ustalığının unikal ahəngini təcəssüm etdirir. Şirkətin yenilikçi və qabaqcıl məhsulları bütün dünyada “Bang & Olufsen” mağazalarında, bang-olufsen.com saytı vasitəsilə və bir sıra pərakəndə satış mağazalarında satılır.

    Şirkətdə 900-dək işçi çalışır. Brend 70-dən çox ölkənin bazarında təmsil olunur. “Bang & Olufsen” şirkətinin səhmləri “NASDAQ Copenhagen A/S” fond birjasında ticarət olunur.

    Daha ətraflı məlumatı www.bang-olufsen.com saytından əldə edə bilərsiniz.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


'Kontakt'ın 'Şeş-Qoşa' kampaniyasında beşinci avtomobil uduldu

Hər il on minlərlə insanı qazandıran “Şeş-Qoşa” kampaniyasında artıq beşinci avtomobil uduldu. ..


'Kontakt' ölkə xaricində artıq ikinci mağazasını açdı – FOTOLAR

İlk dəfə ölkə hüdudlarından kənarda – Gürcüstanın paytaxtı Tbilisidə elektronika mağazasını açan 100..


Cehiz almaq üçün 'Kontakt Home'a gəldi, 'Şeş-Qoşa' kampaniyasından avtomobil qaz..

Hər il on minlərlə insanı qazandıran “Şeş-Qoşa” kampaniyasında artıq dördüncü avtomobil uduldu...


Nə üçün Samsung Galaxy S22 Ultra? Yeni flaqmanı ələ indi əldə etmək üçün 6 səbə..

Bu yaxında texnologiyalar üzrə dünya nəhəngi olan Samsung tərəfindən təqdim olunan yeniliklər hər kə..


Bu yay rouminqdə Azercell-in tarifləri ilə ünsiyyətdə sərbəst ol!

Lider mobil operator Sərbəst 50 və Sərbəst 75 tarif paketlərinin fakturalı xətt istifadəçilərinə rou..


Samsung Galaxy S21 FE smartfonunu xüsusi aksiya çərçivəsində əldə etmək fürsətin..

Smartfon almağı düşünürsünüz? Galaxy S21 FE-yə daha yaxından nəzər salın.

×